Eldar Salayev Avropa Elmlər Akademiyasının üzvü seçilib

img

07-05-2009 [03:47]


AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Salayev Avropa Elmlər Akademiyasının üzvü seçilib. Bu barədə AMEA-nın rəsmi internet saytında məlumat verilib. Alim, həmçinin İslam Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Şərq Beynəlxalq Neft Akademiyasının, İngiltərə Sualtı Cəmiyyətinin, Rusiya Texnologiya Akademiyasının, Beynəlxalq Rabitə Akademiyasının üzvüdür. E.Salayev akad. S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatlar laureatı olmuşdur. O, Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüş və ?Şöhrət? ordeni ilə təltif edilmişdir. Qeyd edək ki, E.Salayev AMEA-nın sabiq prezidentidir. O, 2005-ci ildə dövlət çevrilişinə dəstək verməkdə suçlanaraq həbs edilsə də sonrada ölkə ictimayyətinin və elm adamlarının tələbləri də nəzərə alınaraq azadlığa buraxılmışdır. Həmin vaxtlar onun AMEA-dan çıxarılması məsələsidə müzakirə mövzusu idi. Amma Avropa Elmlər Akademiyasının bu ehtimadı onu göstərir ki, elm sahəsində E.Salayevə qarşı hücum təşkil edənlər haqsız olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR