Jurnalistlər və veteranlar aksiya keçiriblər

img

06-05-2009 [04:09]


Bu gün Parlament Jurnalistləri Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təşəbbüsü, ?Qızıl Aypara? Cəmiyyətinin dəstəyi ilə Qanköçürmə İnstitutunda qanvermə aksiyası keçirilib. MİA-ya verilən məlumata görə, tədbirdə 25-ə yaxın şəxs qan verib. Qan verənlər arasında Parlament Jurnalistləri Birliyinin üzvləri və Vətən müharibəsi veteranları üstünlük təşkil ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Şuşanın işğalı ərəfəsində qan xəstəliklərindən əziyyət çəkən şəxslərə yardım etmək və beynəlxalq aləmin diqqətini Qarabağ məsələsinə yönəltməkdir. Tədbirdə Qanköçürmə İnstitutunun direktoru da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR