Əflatun Amazov Müzahidə Şurası ilə bağlı narahatlığa əsas görmür

img

06-05-2009 [03:48]


Məlum olduğu kimi, bir müddət öncə Mətbuat Şurası Mətbuata Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədləri müəyyənləşdirib və Prezident Administarsiyasına təqdim edib. Müəyyən müddət keçsə də, hələ də təqdim olunan siyahının təsdiqlənib-təsdiqlənməməsi barədə məlumat verilməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov isə rəhbərlik etdiyi qurumun öz missiyasını yerinə yetirdiyini deyib: ?Mətbuat Şurası olaraq, bizim missiyamız siyahını hazırlayıb təqdim etməkdir. KİV nümayəndələrindən, jurnalist təşkilatları rəhbərlərindən ibarət 18 nəfərlik siyahını Prezident Administrasiyasına təqdim etmişik. Onlardan 9 nəfəri seçiləcək. Bu siyahının təsdiqlənməsi isə ölkə rəhbərinin səlahiyyətindədir?. Ə.Amaşov məsələnin gecikməsi barədə deyilənlərlə razılaşmır: ?Gecikmə ifadəsini işlətməzdim. Guman ki, son olaylar da təsirsiz ötüşməyib. Yəqin ki, çox gözləməyəcəyik. O ki qaldı siyahıda verilən şəxslərin Prezident Administrasiyasını qane edib-etməməsinə, bu, qarşı tərəfin ixtiyarında olan məsələdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR