"Mançester Yunayted" "Arsenal"lı darmadağın etdi

img

06-05-2009 [01:26]


Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilir. "Mançester Yunayted" səfərdə "Arsenal"la qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. Əvvəlcə hesabı qalib komandadan 8-ci dəqiqədə Park açıb, ardından 11, 61-ci dəqiqələrdə Ronaldu dubl edib. 75-?i dəqiqədə qırmızı vərəqəylə cəızalanan Fletçer ("Mançester Yunayted") meydandan çıxarılıb. 76-cı dəqiqədə Van Persi "Arsenal"ın təsəlli qolunu vurub. İlk oyunda "Mançester Yunayted" 1:0 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, bu gün Bakı vaxtıilə saat 23:45-də başlanacaq digər yarımfinal - "Çelsi" - "Barselona" oyununda daha bir finalçı məlum olacaq. İlk qarşılaşma 0:0 başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA