Yazıçıların tədbirində mübahisə oldu

img

05-05-2009 [06:32]


[b]Bu gün Humanitar Tədqiqatlar Mərkəzinin Azərbaycan Media Mərkəzində təşkil etdiyi debatda insident baş verdi.[/b] Xatırladaq ki, ?Dağlıq Qarabağ problemi Azərbaycan ədəbiyyatında? mövzusunda keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azad Yazarlar Ocağının (AYO) üzvləri iştirak edirdilər. AYO-nu təmsil edən ?Alatoran? jurnalının baş redaktoru Rasim Qaracanın dövlətin 1600 nəfəri AYB-də məcbur bir araya gətirdiyini bəyan etməsi qarşı tərəfin etirazına səbəb oldu. AYB üzvü, ?Dünya ədəbiyyatı dərgisi?nin baş redaktoru Səlim Babullaoğlu yazıçı həmkarını yalan danışmaqda suçladı. Ancaq Rasim Qaracının cavabı daha sərt oldu. Onun AYB sıralarında ancaq ?axtalanmış yazıçı?ların təmsil olunduğunu deməsinə, Səlim Babullaoğlu reaksiya verdi: ?Sən AYB üzvlərinə nə vaxt şam tutmusan?? Səlim Babullaoğlu həmkarını səviyyəsizlikdə və istedadsızlıqda da suçladı. Baş redaktor müzakirələr zamanı maraqlı açıqlama da verdi: ?Heç kim Yazıçılar Birliyini ləkələyə bilməz. Gələcəkdə bu qurumun sədri mən olacağam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR