General-leytenant Zakir Həsənov Sərdar Əlibəylini məhkəməyə verib

img

04-05-2009 [09:53]


Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov ? Nota? qəzetinin baş redaktoru Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.2 maddəsi (böhtan atma) xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ ) Sərdar Əlibəylinin özü verib. Baş redaktorun dediyinə görə, iddiaya ?Nota? qəzetinin son dörd sayında Daxili Qoşunlarla bağlı yazdığı müəllif və araşdırma yazıları səbəb olub. ?İddia ərizəsində göstərilir ki, Daxili Qoşunlarla bağlı məqalələrdə şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yazılar dərc edilmişdir. Həmçinin məni dəqiqləşdirilməmiş məlumat yaymaqda ittiham edirlər. Halbuki iddiaya səbəb olmuş yazılar dərc olunmazdan qabaq Daxili Qoşunların mətbuat xidməti ilə əlaqə saxlayaraq, komandanla dəqiqləşdirmə aparmaq istədiyimi bildirmişəm. Ancaq Zakir Həsənov heç bir reaksiya verməyib? ? deyən Sərdar Əlibəyli, əlavə etdi ki, iddia Xətai rayon məhkəməsinin hakimi Hikmət Hüseynovun icraatındadır və hazırlıq iclası prosesi 6 may saat 16:00-da keçiriləcək. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova xəbəri təsdiqləyib və RATİ-yə bildirib ki, Sərdar Əlibəyli baş redaktor olduğu ?Nota? qəzetində Daxili Qoşunların rəhbərliyi haqqında böhtan dolu məqalələr yazdığına görə general-leytenant Zakir Həsənov məhkəməyə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR