Neft Akademiyasının 3 tələbəsi tutuldu

img

04-05-2009 [08:53]


[b]Aprelin 30-da silahlı basqına məruz qalmış, nəticədə 25-dən artıq müəllim və tələbəsi güllələnmiş Neft Akademiyasında bu gün 3 tələbə həbs olunub. Onları Nəsimi Rayon Polis İdarəsinin 22 polis bölməsinə aparıblar. Bu barədə hadisə yerində olan reportyor qrupumuz xəbər verib.[/b] Əməkdaşlarımızın dediyinə görə, tələbələrin həbsinin 30 aprel qırğınına dolayısı ilə aidiyyatı var. Belə ki, onlar qətliama məruz qalmış tələbə yoldaşlarının xatirəsinə ehtiram olaraq ölkədə matəm elan edilməməsinə qarşı çıxıblar və ?Gül bayramına ?yox? deyirik? şüarı səsləndiriblər. Bu isə ərazidəki polisin operativ tədbirlər görməsinə rəvac verib. Bundan başqa, xəbər verilir ki, tələbələr kağızda yazılmış bir sıra şüarları skotçlarla divarlara yapışdırıblar. Bu, ?Gül bayramına ?yox? deyirik?, ?Qanı güllərlə örtməyək? və sair şüarlardır. Akademiyanın rəhbərliyi və polislər bu şüarların divarlardan götürülməsinin qayğısına qalıblar və əməliyyatı uğurla başa çatdırıblar. [b]musavat.com[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR