Rövnəq Abdullayevin qohumu jurnalistə zor tətbiq edib

img

01-05-2009 [08:05]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin qohumu, özünü Dövlət Gömrük Komitəsinin məsul əməkdaşı kimi təqdim edən İlqar adlı şəxs ?Qərbi Azərbaycanın Səsi? qəzetinin əməkdaşı Yaqub Allahyarova zor tətbiq edərək, jurnalistin peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən qəzetin baş redaktoru Muraz Musayev məlumat verib. Baş redaktorun sözlərinə görə, sakinlərin şikayəti əsasında iki gün öncə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 15-də uşaq meydançasında aparılan tikinti işləri ilə bağlı araşdırma apararkən qəzetin əməkdaşı Yaqub Allahyarov fiziki təzyiqə məruz qalıb: ?Sakinlərin verdiyi məlumat əsasında əməkdaşımız qeyd etdiyim ünvana gedib. Ancaq tikintinin İlqar adlı sahibi yaxın adamları ilə birləşib, ona fiziki güc tətbiq etməyə başlayıblar. Özünü Rövnəq Abdullayevin qohumu, özünü Gömrük Komitəsinin məsul əməkdaşı kimi təqdim edən İlqar adlı şəxs zora əl atmaqla kifaətlənməyib, əməkdaşımızın hadisə yerinə sifarişlə gəldiyini deyərək, onu şantaj etməyə də çalışıb. Yaqub bəyin cibindən zorla jurnalist vəsiqəsini çıxartdırıb deyib ki, indi get, nə istəyirsən yaz. Sonra da binanın sakinlərini uca səslə söyərək, deyib ki, bizdən bir cümlə yazılsa, jurnalisti həbs etdirəcək. Hadisə yerinə gələn və İlqarın dostu olduğunu deyən Akif adlı şəxs əməkdaşımızın vəsiqəsini alaraq, geri qaytarıb və xahiş edib ki, məsələni böyütməyək. Yəni tikintidən nəsə yazılmasın?. M.Musayev onu da da deyib ki, məsələylə bağlı qəzetin son nömrəsində daxili işlər naziri Ramil Usubova müraciət ediblər, amma hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmək fikrində deyillər: ?Bizim hüquq-mühafizə orqanlarına müraciət etmək fikrimiz yoxdur. Çünki bu günə kimi mətbuata edilən təzyiqlərlə bağlı müraciətlərin heç biri müsbət həll olunmayıb. Bəri başdan bilirik ki, Rövnəq Abdullayevin qohumuna, Kəmaləddin Heydərovun yaxın adamına heç bir hüquq-mühafizə orqanı gözün-üstə qaşın var deməyəcək. Əgər bir ölkədə ki, Qeyri-Hökumət Təşkilatının rəhbəri olan Akif Nağı köşə yazarı Zamin Hacını günün günorta çağı başının dəstəsi ilə döyürsə və ona qarşı bir tədbir görülmürsə, bizim müraciətimizin də heç bir nəticəsi olmayacaq?. Sonda baş redaktor onu da deyib ki, hadisə ilə Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu da maraqlanıb və bununla bağlı lazımi tədbirləri görəcəklərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR