Əmək hüququ pozulan jurnalistlərə maddi yardım göstəriləcək

img

01-05-2009 [03:25]


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. ?Jurnalistlərin sosial hüquqlarının qorunmasının vəkilliyi? adlanan layihə 4 ay müddətində həyata keçiriləcək. Proqram çərçivəsində dəyirmi masaların, seminarların keçirilməsi nəzərdə tutulub ki, burada da KİV işçilərinin sosial baxımdan spesifik problemləri müzakirə ediləcək, vəziyyətdən çıxış yolları axtarılacaq. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin ən maraqlı cəhətlərindən biri əmək hüquqları pozulan jurnalistlərə hüquqlarının bərpası üçün hüquqi və maddi yardım göstərilməsi olacaq: ?Əmək hüquqlarının pozulduğu barədə JuHİ-yə müraciət edən jurnalistlərin müraciəti araşdırılacaq və təşkilatın hüquqşünası tərəfindən qiymətləndiriləcək. Əgər müraciət tərəfi haqlı olarsa, onda həmin jurnalistə hüququnun bərpası üçün lazımi dəstək veriləcək. Bu dəstək vəkil xidmətindən, maddi yardımdan və digər məqamlardan ibarət olacaq?. Ələsgərli qeyd edib ki, bundan öncə, yəni 2008-ci ildə jurnalistlərin sosial problemlərinin ictimailəşdirilməsi üçün layihə həyata keçirilib və uğurlu nəticələr əldə olunub: ?Məhz həmin layihə nəticəsində belə bir fakt ictimailəşdi ki, jurnalistlər ağır sosial problemlər məngənəsində sıxılırlar. Onların bu problemlərdən qurtarmaları üçün kompleks tədbirlər görülməsinə ehtiyac var. Hazırda icrasına başlanan layihə bi tədbirlər silsiləsindən yalnız biridir. Yaxın vaxtlarda digər proqramların da icrasına başlanılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR