Mətbuat Şurasında mərhum jurnalist Sona Bağırova anılıb

img

30-04-2009 [04:48]


Bu gün Mətbuat Şurasında mərhum jurnalist Sona Bağırovanın 80 illik yubileyi qeyd edilib. Mərhumun uzun müddət çalışdığı ?Azərbaycan gəncləri? qəzetinin müxtəlif illərdə redaktoru olmuş Cəmil Əlibəyov, Yusif Kərimov, həmçinin onunla birgə işləmiş Əlirza Balayev, Şəmsiyyə Kərimova, Hafiz Hüseynxanlı, yaxından tanıyanlar Teyyub Qurban, Tahir Aydınoğlu, Zakir Abbas, Umud Rəhimoğlu və başqaları Sona xanımın indiki nəslə örnək həyat və yaradıcılıq yoluna nəzər salıb, xatirələrini dilə gətiriblər. Sona Bəhrəli qızı Bağırova 1929-cu mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatının 40 ilini ?Azərbaycan gəncləri? qəzeti ilə bağlayıb. Burada o, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərində ?Açıq söz?, ?Bakı post? qəzetlərinin əməkdaşı olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb. Media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunub. 2001-ci il mayın 10-da dünyasını dəyişib. Tədbir iştirakçılarına Sona Bağırovanın 2002-ci ildə ?Elm və həyat? nəşriyyatında çapdan çıxmış ?Pozulmaz izlər? kitabı təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR