Azərbaycan millisi Fransaya 0-2 hesabı ilə məğlub oldu

img

29-04-2009 [01:58]


Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan U-19 milli komandası seçmə mərhələ çərçivəsində son oyununu keçirib. Qrupun son matçında fransalı həmyaşıdları ilə qarşılaşan millimiz 0-2 hesabı ilə məğlub olub. Beləliklə, komandamız seçmə mərhələni 4 xalla başa vurub. Qeyd edək ki, U-19 Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda portuqaliyalı həmyaşıdlarını 2-0 hesabı ilə məğlub edib, ikinci oyunda isə Uels millisilə heç-heçə oynayıb 2-2.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA