Cambazov ?Xəzər-Lənkəran?ı Bolqarıstan mətbuatının gündəminə gətirdi

img

27-04-2009 [01:24]


Azərbaycan premyer liqasının son turu çərçivəsində keçirilən ?İnter? - ?Xəzər-Lənkəran? qarşılaşması Bolqarıstan mətbuatının da diqqətindən yayınmayıb. Azərbaycanda oynayan həmyerlilərinin çıxışını daim izləyən bolqarların diqqətini bu dəfə Kostadin Cambazov çəkib. Qol.Az-ın məlumatına görə, Gol.bg saytı 2:2 hesabıyla başa çatan qarşılaşmada lənkəranların məğlubiyyətdən qaçmasında məhz Cambazovun vurduğu qolun böyük rolu olduğunu qeyd edib. Bolqarların fikrincə, Kostadinin hesab arasındakı fərqi azaltması lənkəranlılara əlavə güc verib və nəticədə tezliklə Ahmet Dursun hesabı bərabərləşdirib. Boqlarıstanlı həmkarlarımız ?İnter?in heyətində bir vaxtla Bolqarıstan MOİK-nin şərəfini qoruyan Petar Zlatinovun olduğunu qeyd etməyi də unutmayıblar. Xatırladaq ki, Cambazov ?Xəzər-Lənkəran?dan öncə vətənində ?Liteks?, ?Çernamorets?, ?Nafteks? və ?Slaviya?in şərəfini qoruyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA