Mübariz Mənsimov: "Ponomaryov kimi istəsə, onu da alacağıq"

img

27-04-2009 [01:21]


?Son turda ?Xəzər-Lənkəran?ın oyununu bəyəndim. Komandamız ?İnter?lə görüşün xüsusilə ikinci hissəsində yaxşı təsir bağışladı?. Qol.Az-ın məlumatına görə, bu fikirləri ?Xəzər-Lənkəran? klubunun fəxri prezidenti Mübariz Mənsimov ATV-yə açıqlamasında deyib. O, ?İnter? ? ?Xəzər-Lənkəran? görüşünü ?Şəfa? stadionundan izləyib. Mənsimov son zamanlar stadionda olarkən, komandasının yaxşı oynamasına belə münasibət bildirib: ?Bu, məndən asılı deyil, komandanın baş məşqçisinin işidir. Biz hər zaman qalib gəlməyə çalışırıq. Bu gün ölkənin ən güclü komandalarından biri olan ?İnter?ə qarşı oynayırdıq. Hazırkı çempiona iki top fərqi ilə uduzurduq. Lakin hesabı bərabərləşdirə bildik. Hakimlik də normal idi, iradım yoxdur?. Fəxri prezidentin fikrincə, mövsümün sonunda ?Xəzər-Lənkəran?da dəyişiklik olmayacaq: ?Komandanı gücləndirməyi düşünürük, lakin ciddi dəyişiklik gözləməyin. Səs-küylü transfer planımıza daxil deyil. Amma baş məşqçimiz İqor Ponomaryovun işinə güvənirəm. Hazırda onun işindən razıyam. Kimi istəsə, onu da alacağıq. Hər şey Ponomaryovun özündən, oyun strategiyası və transfer siyasətindən asılı olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA