"Xəzər-Lənkəran" "inter"lə oyuna hazırdır

img

25-04-2009 [02:00]


?Xəzər-Lənkəran? Premyer liqanın XXIII turunda keçirəcəyi ?İnter? matçının hazırlığını başa vurub. Bu haqda Supersport.Az-a Lənkəran klubundan məlumat verilib. Komanda təxminən bir saat davam edən oyunöncəsi sonuncu məşqi dünən ?Şəfa? stadionunda keçirib. Məşqə isinmə və dartınma hərəkətləriylə başlayan futbolçular daha sonra kiçik sahədə həndbol, ardından isə futbol oynayıblar. Bundan sonra komandanın baş məşqçisi İqor Ponomaryov ?İnter? matçı üçün nəzərdə tutduğu əsas heyəti ayrıca çalışdırıb. Futbolçular yarımsahədə rəqib müqaviməti olmadan hücumum qurulmasını imitasiya ediblər. Çalışmaların sonunda isə komanda üzvləri uzaqdan zərbələr vurublar. Qeyd edək ki, komanda artıq toplanışa yığışıb və oyun saatına kimi ?Elite? mehmanxanasında məskunlaşıb. ?Xəzər-Lənkəran? bu gün saat 14.00-da mehmanxanadan ?Şəfa? stadionuna yollanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA