?Xəzər-Lənkəran? - ?Bakı? oyununda qalmaqal

img

18-04-2009 [11:03]


Bu gün ?Xəzər-Lənkəran? - ?Bakı? oyunu başa çatdıqdan sonra meydanda qalmaqal yaşanıb. Qol.Az-ın məlumatına görə, futbolçular matç başa çatdıqdan sonra paltardəyişmə otağına yollanarkən ?Bakı?nın seneqallı qapıçısı Xalidu Sissoko meydanın kənarında dayanmış polisin üzünə tüpürüb. Seneqallı qapıçının bu hərəkəti oyunu tribunadan izləyən ?Xəzər-Lənkəran?ın fəxri prezidenti Mübariz Mənsimovu özündən çıxarıb. Dərhal hadisə yerinə gələn M.Mənsimov Sissokonun polisdən üzr istəməsini tələb edib. Az sonra yenidən həmin yerə qayıdan Sissoko polisdən üzr istəyib. ?Bakı? klubunun rəsmiləri də baş vermiş hadisəyə görə meydan sahiblərindən üzrxahlıq ediblər. Xatırladaq ki, Sissoko birinci dəfə deyil ki, Lənkəran stadionunda qalmaqal yaradır. 3 il əvvəl də seneqalı qapıçı yerli azarkeşlərə qeyri-etik jestlər göstərdiyinə görə, cəzalanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA