Əsgər Abdullayev: ?Rəhbərlik razılıq versə, oynayarıq?

img

17-04-2009 [03:01]


"Olimpik? ? ?Bakı? oyununda baş verənlərdən sonra birincilərin baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxlamaq müşkülə çevrilmişdi. Nəhayət, Supersport.Az-ın əməkdaşının təkidindən sonra çalışdırıcı qısa da olsa, suallarımızı cavablandırıb. [b]- Əsgər müəllim, salam, necəsiniz?[/b] - Çox sağ olun. [b]- ?Bakı? ilə oyundan sonra sizinlə əlaqə saxlamaq müşkülə çevrilib.[/b] - Özünüz də bilirsiniz ki, mən mətbuata çıxmağı xoşlamıram. Hər insanın bir xasiyyəti var. Mən də beləyəm. Neyləyim, axı? Ya olduğun kimi görün, ya da göründüyün kimi ol. İkisindən biri olmalıdır. Ancaq sizinlə danışmaq mənə xoşdur. [b]- ?Olimpik? - ?Bakı? oyununun yenidən keçirilməsinə razısınızmı? [/b] - Açığı, bu məsələdə qərar vermək mənim səlahiyyətim daxilində deyil. Qardaş, komandanın yiyəsi deyəndən sonra yenidən oynayın, mən kiməm, nə karəyəm ki?! Axı, klubun böyüyü var. Belə hallarda, baş məşqçi heç nə həll eləmir. Rəhbərlik razılıq versə, oynayarıq. [b]- Belə çıxır ki, siz bunu istədiyiniz halda, rəhbərlik icazə verməyib... [/b] - Mən belə demədim. Qeyd edim ki, oyundan sonra qarşı tərəfdən üzr istədim. Digər tərəfdən, bu məsələni AFFA və PFL həll etməlidir. [b]- Əsgər müəllim, ?Bakı?nı dayandırmaq üçün ?İnter?dən 100 min manat aldığınız, bunun 70 minini özünüzə götürdüyünüz bildirilir. [/b] - (Bərk əsəbiləşir). Allaha and olsun ki, belə şey olmayıb. Belə addım atana Allah qənim olsun. Artıq dedi-qodulardan təngə gəlmişəm. Mənim öz yolum var və bu, düzgün fəaliyyət göstərməkdən ibarətdir. [b]- Axı, siz səbrli olmalısınız. [/b] - İmkan verirlər ki?! İnanın ki, gecələr də yata bilmirəm. O qədər yorulmuşam, hətta futboldan getmək istəyirəm. [b]- "Bakı" ilə oyunda "Fair play" qaydalarını pozduqdan sonra AFFA İntizam Komitəsinin qərarı ilə cəzalandırılan və əvəzedici komandaya göndərdiyiniz Mahir Şükürovu əsas heyətə qaytarmağınız nə dərəcədə doğru addımdır? [/b] - Bunu sizə kim deyib? Bu, tamamilə yalandır. [b]- Türkiyənin ?Malatyaspor? klubunun sizinlə maraqlandığı haqda danışmağınızı istəyirik. [/b] - Bundan xəbərsizəm. Əgər Sizin məlumatınız varsa, lap yaxşı. [b]- Çox güman ki, ümumi işinizə zərbə olmaması üçün açıqlama vermirsiniz. [/b] - Zorla boynuma qoyursunuz ki, xəbərin var. İnanın ki, bundan məlumatsızam. [b]- Arzu edirik ki, yeni mövsümdən ?Malatyaspor?da çalışasınız. [/b] - İnanıram ki, bunu ürəkdən istəyirsiniz. [b]- ?Simurq?la oyuna hazırlıq necə gedir?[/b] - Allaha şükür ki, hər şey qaydasındadır. Bütün oyunlara olduğu kimi, bu görüşə də ciddi hazırlaşırıq. [b]- Rəqibi məğlub edə biləcəksinizmi?[/b] - Mən pafoslu danışmaq istəmirəm. Rəqib güclüdür. ?Simurq?a yaxşı bələdik. Bilirik ki, daha çox atletik futbol oynayırlar. [b]- Konkret olaraq, Pokoranın komandasının zəif cəhətləri nədir?[/b] - Bu barədə nəsə deməyəcəm. Çatışmayan cəhətləri özümüz üçün müəyyənləşdirmişik və çalışacağıq ki, meydandan qələbə ilə ayrılaq. Bunun üçün öz oyunumuzu oynamaqla əlimizdən gələni edəcəyik. [b]- Çempionatda uğur qazanacağınıza ümidinizi itirməmisiniz?[/b] - Qətiyyən yox. Ümid sonda ölür. Sonadək mübarizə aparacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA