Qarabağ?dan Georgi Nikolova sərt etiraz: ?Kizinin sözü bir olar!?

img

16-04-2009 [04:50]


?Kişinin sözü bir olar. Nikolov əvvəl deyir ki, oynamağa hazırıq, sonra isə fikrini dəyişir?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri ?İnter?in prezidenti Georgi Nikolovun ?Qarabağ?ın ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirmək istəyinə qarşı çıxmasına münasibət bildirərkən ?Qarabağ?ın icraçı direktoru Əmrah Çəlikəl deyib. Çəlikəl bildirib ki, ?Qarabağ? təkcə onların deyil, eləcə də 1 milyon qaçqının komandasıdır: ?Halbuki Nikolov elə sizin sayta verdiyi ilk açıqlamada bildirmişdi ki, Ağdamda oynamağa hazırdırlar. Bizim üçün oyunun Suraxanıda keçirilməsi elə böyük problem deyil. Amma Nikolov nəzərə almalıdır ki, ?Qarabağ? təkcə bizim yox, eləcə də 1 milyon qaçqının komandasıdır. Həmin qaçqınlar üçün orada keçiriləcək 1 oyun böyük sevinc deməkdir. Nikolovun ?Xəzər-Lənkəran?ın da Ağdama getməyəcəyini deməsi də çox maraqlıdır. Görəsən, o hansı əsasla belə danışır??

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA