Kamran Ağayevlə ?Xəzər Lənkəran? arasında münaqizə yarandı

img

15-04-2009 [01:13]


?Kamran Ağayevin futbolçu karyerasını başa vurması haqqında səsləndirdiyi fikirlər qeyri-ciddidir. Məgər, hər zədələnən futbolçu karyerasını başa vurur? O, kluba da öz mövqeyini bu cür çatdırıb ki, guya ilk növbədə zədəsini sağaltmaq haqda düşünür və yalnız bundan sonra futbol oynayıb-oynamayacağına dair qərar verəcək. Bizə elə gəlir ki, burada başqa səbəblər var. Hiss olunur ki, Kamran artıq ?Xəzər-Lənkəran?da oynamaq istəmir və başqa kluba keçmək niyyətindədir. Ona görə bu cür fikirlər səsləndirib?. Bu sözləri milli komandanın və ?Xəzər Lənkəran?ın qapıçısı Kamran Ağayevin karyerasını bitirəcəyi haqda səsləndirdiyi fikirlərə cavab olaraq ?Xəzər-Lənkəran? klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov deyib. Qol.Az-a verdiyi açıqlamasında klub rəsmisi bildirib: ?Klubun guya onun müalicəsi üçün pul ayırmaması və yaxud, ?müqaviləyə qol çəkməsən müalicən təmin olunmayacaq? kimi şərtlər irəli sürməsi haqqında qapıçının səsləndirdiyi fikirlərin də əsası yoxdur. Birincisi, ?Xəzər Lənkəran?da bütün futbolçular tibbi siğorta olunub və buna əsasən hər kəsin müalicəsi klub tərəfindən təmin olunub. Sadəcə Kamran deyir ki, müalicə olunmaq istədiyim məkanı mən özüm seçmək istəyirəm. Bundan başqa onun maaşı ilə bağlı da narazılığı var. Halbuki pulunu da vaxtlı-vaxtında alır. O ki qaldı məcburi surətdə Ağayevə müqavilənin müddətini uzatmağa və yalnız bundan sonra klubun onun müalicəsinə pul ayırmasına, bu da düzgün anlaşılmayıb. Heç kim ona deməyib ki, müqaviləyə qol çək, sonra müalicəyə göndərək. Sadəcə klub istəyir ki, Kamranın ona məxsus olduğuna əmin olduqdan sonra bu pulu ayırsın. Yayda qapıçının klubumuzla müqaviləsi başa çatır. Yeni müqavilə imzalamayana qədər isə o, ?Xəzər Lənkəran?ın futbolçusu sayıla bilməz. Belə olan halda klubun da ona məxsus olmayan futbolçuya müalicə vəsaiti ayırmamsı normal qarşılanmalıdır. Özünə də deyilib ki, müqaviləni uzat, biz də bilək ki, artıq ?Xəzər Lənkəran?ın oyunçususan və maliyyə vəsaiti ayrılsın. Heç biz bunun etməyə də bilərik. Etiraf edək ki, Kamranın zədəsi ciddidir və iki dəfə əməliyyat olunmasına baxmayaraq, hələ də sağalmayıb. Deməli, bu, xroniki zədə də ola bilər. Amma ?Xəzər Lənkəran? rəhbərliyi bu riski də göz önünə alır. Əgər o müqaviləyə imza atsa, yenə klubun bir nömrəli qapıçısı olacaq?. Sonda T.Əsgərov qapıçının karyerasını bitirəcəyinə inanmadığını da dilə gətirib: ?Mən inanmıram ki, Kamran futbolla vidalaşsın. O, milli komandanın da əsas qapıçısıdır. Sadəcə gözləmək lazımdır. Mənə maraqlıdır, o, karyerasını bitirməyib davam etdirsə, o zaman jurnalistlərin qarşısına çıxıb nə deyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA