Rəzad Sadiqov: ?Türkiyədə oynamaği çox istəyirəm, ancaq təklif olmasa zorla qalasi deyiləm ki...?

img

13-04-2009 [04:07]


Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Supersport.Az-a eksklüziv müsahibə verib. [b]"OLİMPİK"-"BAKI" OYUNU YENİDƏN KEÇİRİLMƏLİDİR?[/b] - "Olimpik"-"Bakı" oyununda baş verənlər mənə çox pis təsir etdi. Hesab edirəm ki, "Olimpik"in oyunçuları "Fair play" ənənəsini kobudcasına pozublar. Bu məsələdə "Bakı"nı tam haqlı hesab edirəm. "Olimpik" - "Bakı" oyunu yenidən keçirilməlidir. Bu, çox vacibdir. Ona görə ki, baş verənlər birbaşa nəticəyə təsir göstərib. Yalnız oyun yenidən keçiriləcəyi halda, ədalət bərpa oluna bilər. [b]"BEŞİKTAŞ"LA AÇIQ FUTBOL OYNAMAQ OLMAZDI?[/b] [b]- Rəşad, "Beşiktaş"la da oyunda məğlub oldunuz...[/b] - "Beşiktaş" çempionluğa oynayır. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, ancaq bundan artığına gücümüz çatmadı. [b]- Rəqib top sənin əlinə dəydikdən sonra bərabərlik qolunu penaltidən vurdu. Özünü günahkar sayırsanmı?[/b] - Əsla yox. Hakimin penalti qərarı tamamilə səhv idi. Mən qəsdən topa əllə toxunmamışdım. Ancaq bununla belə hakim belə məqam axtarırdı, hiss olunurdu ki, bizi sıxışdırır. Rəqiblə müqayisədə balaca komanda hesab olunuruq. Adətən güclü komandalara hakim simpatiyası olur. Bu görüşdə də belə oldu. [b]- Bəs, bu epizodla bağlı rəhbərliyin fikri necədir?[/b] - Rəhbərlik də, futbolçularımız da penalti olmadığı qənaətindədirlər. [b]- Bərabərlik qolundan sonra komandanız sanki "sındı".[/b] - Doğrudur. Bizə 3 xal lazım idi. Hesab 1:1 olan kimi komandamız ruhdan düşdü, "sındı". Bundan sonra irəli atıldıq, ancaq "Beşiktaş"la açıq futbol oynamaq olmazdı. İkinci qolda da onların şansı gətirdi. Bizim də qol vurmaq imkanlarımız oldu, lakin bəxtimiz gətirmədi. [b]??RƏHBƏRLİYİN İRADLARININ YERİNDƏ OLDUĞUNU DÜŞÜNÜRƏM?[/b] [b]- Komandanızın Superliqada qalması çox çətinləşdi. Yenə də nəyəsə ümid edirsiniz?[/b] - Bəli. Ümidsizliyə qapılmaq olmaz. Axı, ümid sonda ölür. Aprelin 19-da "Dənizlispor"la qarşıdakı səfər oyunundan çox şey asılıdır. Bu görüş "ölüm-dirim" mübarizəsi olacaq. Əgər həmin oyunda qələbə qazana bilməsək, Superliqada qalmaq istəyimizin üstündən xətt çəkiləcək. [b]- "Ankaragücü" ilə oyundan sonra rəhbərlik sizə bərk qəzəblənmişdi. ?Beşiktaş? məğlubiyyətindən sonra bu xoşagəlməz hal təkrarlandımı?[/b] - Xeyr. "Ankaragücü" ilə oyunda adımıza yaraşmayan oyun göstərmişdik. Ona görə də rəhbərliyin iradlarının yerində olduğunu düşünürəm. [b]- Komandanızın aparıcı oyunçusu Taner "Beşiktaş"la oyunu yarımçıq qoymaq məcburiyyətində qaldı. İndi vəziyyəti necədir?[/b] - Çox təəssüf ki, ürəkraçan deyil. Onun da "Beşiktaş" matçının ilk dəqiqələrində xəsarət alması oyunumuza mənfi təsir göstərdi. Tanerin zədəsi ciddidir və 4-5 həftə komandamıza kömək edə bilməyəcək. O, ?Kocaelispor? üçün böyük itkidir. [b]?TÜRKİYƏDƏ HEÇ BİR KOMANDADAN TƏKLİF ALMAMIŞAM?[/b] [b]- "Şər deməsən, xeyir gəlməz". Superliqanı tərk edəcəyiniz halda, komandada qalacaqsanmı?[/b] - Bu haqda düşünmürəm. İnşallah, Superliqada qalarıq. [b]- Başqa klublardan necə, təklif almamısan?[/b] - Gizlətmirəm, hələ ki, yox. [b]- Mövsüm başa çatdıqda karyeranı Türkiyədə davam etdirəcəksən?[/b] - Bunu çox istəyirəm. Ancaq təklif olmasa, zorla qalası deyiləm ki? [b]- Bu halda, Azərbaycana dönəcəksən?[/b] - Açığı qayıtmaq istəmirəm. Yalnız təklif olmayacağı halda, məcburən bu addımı atacam. [b]- Premyer liqa ilə yaxından maraqlana bilirsən?[/b] - Bəli. Bilirəm ki, "böyük oyun" olacaq. "Neftçi" ilə "Xəzər-Lənkəran" arasında. Ancaq təəssüf ki, oyunu izləyə bilməyəcəm. Hər iki komandaya uğurlar arzulayıram. İstəyirəm ki, gözəl oyun olsun, azarkeşlər stadiona axışsınlar. Arzu edirəm ki, oyun "Fair play" çərçivəsində keçsin. [b]?LİXTENŞTEYNLƏ OYUNDA XAL İTİRMƏYİMİZƏ ÇOX TƏƏSSÜFLƏNİRƏM?[/b] - Milli komanda haqda da danışaq. - Uelslə oyun iyunda keçiriləcək. Hələ o vaxta xeyli var. Bu oyun haqda qəti fikirləşmirəm. Məni indi klubun oyunları düşündürür. Milliyə gəlincə, oyuna 2-3 həftə qalmış bu barədə fikirləşəcəm. [b]- 4 oyunda cəmi 1 xal toplaya bilmisiniz. Səncə, bu dəfə "şeytanın qıçını qıra" biləcəksiniz?[/b] - Daha çox Lixtenşteynlə oyunda xal itirməyimizə təəssüflənirəm. Bu komandanı mütləq udmalıydıq. Ancaq təəssüf ki, alınmadı. Nəzərdən qaçırmaq olmaz ki, 4 oyunun 3-nü səfərdə keçirmişik. Bizi çoxları tənqid edir. Belələri unutmasınlar ki, əvvəlllər böyük hesabla uduzurduq: 0:5, 0:10. İndi futbolçularımız əzmkar, mübariz oyun göstərirlər. Bu, irəliləyişdən xəbər verir. Yaxşı başa düşürəm ki, hələ ki, nəticə yoxdur, xalımız azdır, FİFA reytinqində də geriləyərək 140-cı yerə düşmüşük. Ancaq Allahın köməyi ilə doğma divarlar arasında xalımızı artıracağımıza inanıram. [b]- Necə fikirləşirsən, elə oyunçular varmı ki, milliyə layiq olsalar da, Berti Foqts onları kənarda qoyub?[/b] - Məni belə şeylər maraqlandırmır. Yalnız öz oyunumla bağlı danışa bilərəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA