12-04-2009 [08:44]
?Səhhətiniz necədir? sualımıza ?Sizinlə danışanda rahatlıq tapıram? deyən, saçını-saqqalını futbol təsərrüfatında ağartmış, AFFA-nın keçmiş prezidenti Fuad Musayev saytımıza ürəyini boşaltdı.
[b]?ÜÇ İLDƏN SONRA DEYƏCƏKSİNİZ Kİ, AZƏRBAYCAN MİLLİSİNƏ ÇAĞIRMAĞA FUTBOLÇU YOXDUR?[/b]
[b]- Fuad müəllim, söhbətə ölkəmizin bir nömrəli komandasından başlayaq. Təcrübəli bir futbol adamı kimi fikrinizi bilmək maraqlı olardı.[/b]
- Nə fikirdə olacam ki? Milli komanda oynayır də. Nə istəyirsiniz?! Gücünə və bacarığına uyğun oynayır. Bundan artıq oynaya bilməz. Yığmanın oyunlarında açıq-aşkar hiss olunur ki, əsas məqsəd qol buraxmamaqdır. Bunun üçün topu ora-bura vururlar ki, rəqiblər istəyinə çatmasın. Getsinlər, qol vursunlar? Bunu bacarmırlar. Yalnız bir şeyi edə bilirlər: bu da Foqtsun onlara öyrətdiyi mübarizə aparmaqdır. İstənilən komanda tam heyətlə müdafiədə oynasa, bu səviyyədə oynaya bilər. Qəti fikrim belədir ki, milli komandada legionerlər oynamamalıdır. Rusiya ilə oyunda iki legioner heç nəyə yaramadı: birini əzdilər, o biri də oyunda görünmədi. Nə üçün onlar oynamalıdırlar? Niyə bizim uşaqlar oynamamalıdırlar? Məgər onlardan əskikdirlər, pis oynayırlar?! Bu sualları Foqtsa verin. Üç ildən sonra məndən soruşacaqsınız ki, Azərbaycan millisinə çağırmağa futbolçu yoxdur, kim oynamalıdır? Mən oynayacam?! Legionerlərin milliləşdirilməsi prosesinin heç bir faydası olmayıb. Nə vaxt qələbə qazandılar, nəticə göstərdilər ki, mən də deyim, onların faydası var. Bizim uşaqları oynatmasalar, "batacaqlar". Zaur Tağızadə, Elvin Əliyevi və başqalarını milli komandaya niyə çağırmırlar? Foqtsa məsləhət görürəm ki, azərbaycanlı futbolçuları milli komandaya dəvət etsin. Subaşiç, Qomeş və başqa ?milliləşdirilən? əcnəbilər Azərbaycan vətəndaşı deyilllər. Neçə illərdir ki, bu haqda danışırıq, eşidən yoxdur. Foqts yenə də "milliləşdirilən" legionerləri yığmaya çağırır. Bu, biabırçılıqdır! Saytınız vasitəsilə onlara bir daha xəbərdarlıq edirəm! Əgər millidəki əcnəbilər yerli futbolçularla əvəzlənməsə, mütləq FİFA-ya məktub yazacağam. Beynəlxalq qurumu xəbərdar edəcəyəm ki, bu ?lipalar? Azərbaycan vətəndaşlığını qəbul etməyiblər, sadəcə onlara milli pasport verilib və bu, saxtadır.
[b]?COKO HACIYEVSKİNİN VAXTINDA YIĞMA YAXŞI TƏSİR BAĞIŞLAYIRDI?[/b]
[b]- 4 oyundan 1 xal toplamaq çox zəif göstərici deyilmi?[/b]
- Nəzərdən qaçırmaq olmaz ki, milli evdə az oyun keçirib. İndi əksər rəqiblərlə Bakıda oynayacağıq. Gərək, taktikanı mütləq dəyişsinlər. Evdə ən çox hücuma diqqət yetirib, qol vurub, mümkün qədər çox xal qazanmaq lazımdır. Futbolçulara ürək-dirək vermək lazımdır. İndi 10:0 və yaxud 1:0 uduzmağın fərqi yoxdur. ?Az qol buraxın, biz sizi tərifləyək? deyirlər. Bu, nə deməkdir?!
[b]- Foqts AFFA-dan nəticə üçün 3-4 il vaxt istəyib.[/b]
- Foqts bizə sataşır, deyir ki, Arşavinə pasport verib oynatmaq olar. Ponomaryov yığmada çalışanda mövsümə 40 min dollar pul alırdı. Növbəti il üçün 80 min istədi, dedim ki, bu məbləğ çoxdur. Yaxşı pulu yaxşı nəticə üçün verərlər. ?Üçüncü pilləni tuta bilərikmi? soruşdum, ?yox? cavabını verdi. Mənim rəhbərliyim dövründə federasiya ilə məşqçi və futbolçular arasında müqavilələr vardı. İndi belədirmi? Futbolun inkişafı ilə bağlı 2015-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan dövlət proqramı var. İnşallah, yaşayarıq, görərik nəticəsini. Belə proqram həyata keçirmək olmaz. Hər il üçün öhdəlik götürülməlidir. Bizim vaxtımızda milli komanda heç vaxt FİFA reytinqində 140-cı olmayıb. Coko Hacıyevskinin vaxtında yığma yaxşı təsir bağışlayırdı.
[b]?ELXAN MƏMMƏDOV HƏLƏ GƏNCDİR, İŞİNİ BACARMIR, SƏHVLƏRİ VAR?[/b]
[b]- AFFA-da çalışanlara 5 ballıq şkala üzrə neçə qiymət verərdiniz?[/b]
- Müəllim deyiləm ki, qiymət verim. Yığışın, bunu siz edin. Bir də ki, mənə kim qiymət verdi ki? Məncə, Elşad Nəsirov, Rauf Əliyev, Muxtar Babayev çox yaxşı kadrlardır. Ancaq işləri çox olduğundan federasiyaya lazımı vaxt ayıra bilmirlər. Çox şeylər baş katib Elxan Məmmədovun üstünə atılıb. O, isə hələ gəncdir, işini bacarmır, səhvləri var, peşəkar deyil, çox şeyləri öyrənməlidir. Legioner limitinin ləğvi futbolumuza böyük zərbədir. Nə qədər ki, belədir, inkişaf olmayacaq. Bu halda, futbolumuz ?batacaq? və qapazaltı olacaq. Niyə Məşqçilər Şurasının, Milli Komandalar Departamentinin fəaliyyəti görünmür? Yığmanın bəzi futbolçuları xəstədir, bəziləri nəzarətsizlikdən kökəliblər. Onlara daim nəzarət olmalıdır. Tələbkarlıq yoxdur, artıq yükləmə olan kimi futbolçular əzilirlər. Məşqçilərdən çox şey asılıdır. Niyə ?Şəfa?nı dağıtdılar, stadionu ?İnter?ə verdilər?! Nə üçün Samir Əliyev, İlham Yədullayev, Fərrux İsmayılov, Ruslan Musayev kimi futbolçuların səsi-sədası gəlmir? Mənim dövrümdə ildə 300 min dollar xərcləyirdik, indi isə milyonlar sərf olunur. Futbolu pul oynamır, futbolçu oynayır.
[b]?1997-Cİ İL ÇEMPİONATI İNDİKİNDƏN GÜCLÜ İDİ?[/b]
[b]- PFL, Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?[/b]
- Bu haqda nəsə deyə bilmərəm. Ancaq həmişə demişəm ki, haçan çətinlikləri olsa, kömək etməyə hazıram. Onların yaxşı işləmək istədiklərinə inanıram. Ümumiyyətlə, bizə PFL lazım deyildi. Bunu yaradanda dedim ki, 10 komanda üçün belə addım atmaq ayıbdır. Çempionatı AFFA keçirməli idi. İndi federasiyada 50-60 nəfər çalışır. Bizim dövrümüzdə isə 10 nəfərlə bütün işləri görürdük. İndi AFFA-da 50-60 nəfər yalnız milli komanda ilə məşğuldur? Millinin isə cəmi 1 xalı var. Görürsünüz, mübarizə gedir, hakimləri rüşvətə görə qovurlar. Deyirlər ki, çempionatda inkişaf gedir.
[b]- Bəs, siz nə düşünürsünüz?[/b]
- Nəyə əsasən, artım olduğunu demək olar? 1997-ci ilin çempionatı indikindən güclü idi. O zaman tanınmış futbolçular oynayırdı: Yunis Hüseynov, Vidadi Rzayev, Zaur Tağızadə və başqaları. İndi belə futbolçular var?
[b]- ?İnter?in ?Bakı?nı udmaq üçün ?Olimpik?ə 100 min dollar verdiyi bildirilir...[/b]
- Buna inanmıram. Əgər belə şey olubsa, ayıbdır.
[b]- Millinin keçmiş baş məşqçisi, hazırda ?Xəzər-Lənkəran?ı çalışdıran İqor Ponomaryov haqda nə fikirdəsiniz?[/b]
- Yaxşı. Amma Ponomaryovun yeganə təqsiri var ki, meydana daha çox legioner buraxır. Bu haqda ona iradımı demişəm. Lənkəranda Braziliyadan gətirilən futbolçu oynatmaq lazım deyil, Azərbaycan futbolçuları oynamalıdırlar. Ponomaryov mənimlə razıdır. ?İnter? də daha çox legionerlərə üstünlük verir. Bunun futbolumuza nə faydası var ki? ?Bakı? klubu çox yaxşıdır. Komandanın prezidenti Hafiz Məmmədov, vitse-prezidenti Zeynal Məmmədov və baş məşqçi Hacıyevskiyə böyük hörmətim var. Bu kollektivin fəaliyyətini çox bəyənirəm. ?Olimpik? də yaxşı komandadır.
[b]?MƏGƏR İLQAR QURBANOV ƏYRİ QAÇIR, AYAĞI-AYAĞINA DOLAŞIR?!?[/b]
[b]- Emin Quliyevin komandadan qovulmasına necə münasibət bəsləyirsiniz?[/b]
- Emin dilini sakit qoysa, ona oynamağa imkan verərlər. İstər klubda, istərsə də, milli komandada. Ponomaryovun onu qovması doğru qərardır. Bu haqda İqorla söhbət etmişəm. Hətta Ponomaryov Quliyevi Foqtsa məsləhət görmüşdü. Eminə yaxşı bələdəm. Bilirəm ki, o, hərdən xuliqanlıq edir, söyüş söyür, tez-tez oyunlarda kobud rəftarına görə meydandan çıxarılır. Bununla belə, ona dərs verib tərbiyələndirmək lazımdır. Quliyevi itirmək olmaz və o, futbolumuza çox gərəklidir.
[b]- İlqar Qurbanovun millidən kənarlaşdırılması haqda nə fikirdəsiniz?[/b]
- Açığı, bundan xəbərim yoxdur. Bunu ilk dəfə sizdən eşidirəm. O, nə edib ki?
[b]- Foqts deyir ki, nizam-intizamı, rejimi pozurdu, yaxşı qaça və normativi yerinə yetirə bilmirdi.[/b]
- Əgər belədirsə, bəs, niyə çağırmısan? Yaxşı qaça bilmir, nə deməkdir?! Məgər əyri qaçır, ayağı-ayağına dolaşır?! Qaça bilmir, öyrət. Yanına çağırıb danla, məsləhət ver, doğru yol göstər. İlqar cavan oğlandır, kimdən əskikdir? Subaşiç 1 ildir oynamır, niyə start heyətdə meydana buraxırsan? İlqar isə Türkiyə çempionatında neçə vaxtdır çıxış edir. Belə şeyləri qəbul etmək olmaz. Elə nə oldu, məndən soruşursunuz. Daha məndən qurtarmaq lazımdır.
[b]?BİZİM MƏŞQÇİLƏR ƏCNƏBİLƏRİN HEÇ BİRİNDƏN ƏSKİK DEYİLLƏR?[/b]
[b]- Başqa nədənsə narazılığınız varmı?[/b]
- Artıq bizim mütəxəssislər xarici məşqçilərdən güclü olduqlarını sübut ediblər. Əcnəbi çalışdırıcılar hamıya bir gözlə baxmırlar, legionerlərlə yerli futbolçular arasında fərq qoyurlar. Xarici mütəxəssislərin ədalətsiz hərəkətlərinə reaksiya verməyəndə, susanda nəticəsi belə olur. Yerli məşqçilərin çoxu işsiz qalıb. Ağasəlim Mircavadov, Kazbek Tuayev, Şakir Qəribov, Vaqif Sadıqov kimi seçilən məşqçilərimiz işləməyə klub tapmırlar. Yenə deyirəm, bizim məşqçilər əcnəbilərin heç birindən əskik deyillər.
[b]- Eşitdik ki, bugünlərdə Amerikada səfərdə olmusunuz?[/b]
- Bəli. Oğluma, nəvələrimə dəyməyə getmişdim. Neçə vaxtdır, onlara həsrət idim. Orada bura ilə müqayisədə qiymət baxımından ucuzluqdur. Dünyada ucuzlaşma getdiyi halda, bizdə belə deyil.
[b]- Səhhətiniz necədir?[/b]
- Belə də. Sizinlə danışanda rahatlıq tapıram.
[b]Supersport.Az [/b]