Cinayət törədənlər polis tərəfindən saxlanılıb

img

10-04-2009 [04:50]


Metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında Naxçıvan şəhər sakinləri Yaşar Əsədov və Rahib Abdullayev Bakı şəhər sakini Sakit Sadıqovun idarə etdiyi "Hundai" markalı avtomaşına sərnişin qismində oturub 8-ci kilometr qəsəbəsinə gedəcəklərini bildiriblər. Naxçıvanski küçəsində onlar S.Sadıqovu hədələyərək 6 manatını və avtomaşınını almağa cəhd göstərərkən Nizami RPİ-nin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulublar. [b]Həmyerlisinin qanını tökən Liman sakini tutuldu[/b] Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsində Liman şəhər sakini Pərviz Ağayev münaqişə zəminində həmyerlisi Amil Quliyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində P.Ağayev tutulub. Faktla bağlı cinayət işi başlanıb. [b]Mərdəkan sakini tutuldu[/b] Əzizbəyov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini, 15 yaşlı Röyal Gözəlli tutulub. Məlumata görə, R.Gözəlli qəsəbənin Z.Tağıyev küçəsində 1979-cu il təvəllüdlü Rüstəm Xəlilova bıçaqla xəsarət yetirdiyinə görə yaxalanıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Faktla bağlı Əzizbəyov rayon Polis İdarəsində AR CM-nin 126-cı (qəsdən bədənə ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. [b]Bakıda quldurluq edən Biləsuvar sakini yaxalandı[/b] Naməlum şəxs ?Nizami? kinoteatrının yaxınlığında Maştağa qəsəbə sakini Azad Cabbarovun idarə etdiyi "Azsamand" markalı avtomaşına sərnişin qismində oturub 2-ci Alatava yaşayış sahəsinə gedəcəyini bildirib. Mənzilbaşına çatdıqda isə həmin şəxs A.Cabbarovu bıçaqla hədələyərək ondan 25 manatını alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Biləsuvar rayon sakini Sənan Məmmədovu tutublar. [b]?Akkord?dan taxta oğurlayan ələ keçdi[/b] Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ?Akkord-sənaye? MMC-dən 20 ədəd taxta oğurlayarkən 1977-ci il təvəllüdlü Müşviq Qasımov tutulub. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin15-ci polis bölməsində araşdırma aparılır. [b]Operator yaxınlarındpan pul almaq üçün oğurlandığını uydurub[/b] Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ?Arzu? şadlıq evində operator işləyən Xətai rayonu, N.Tusi küçəsində yaşayan 27 yaşlı Rasim Elçiyev borclarını ödəmək üçün ?orijinal? üsula əl atıb. O, naməlum şəxslər tərəfindən Sabunçu rayonu ərazisində oğurlanması barəsində atası Novruz Elçiyevə məlumat verərək azadlığı üçün 100 min dollar tələb edildiyini bildirib. Onun atası bu barədə hüquq-mühafizə orqanlarına məlumat verdikdən sonra müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məlum olub ki, R.Elçiyev tanışlarının birinin evində gizlənir. Saxlanılan R.Elçiyev müəyyən şəxslərə külli miqdarda borcunun olduğunu və həmin borcları qaytara bilmədiyinə görə bu yolla yaxınlarından pul almaqla borclarını sahiblərinə çatdırmaq istədiyini deyib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR