izmit klubunun prezidenti Serhan Gürkan Rəzad Sadiqovla görüzüb

img

09-04-2009 [02:07]


"Kocaelispor" "Beşiktaş"la hazırlığı davam etdirir. Supersport.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Erhan Altın məşqi növbəti dəfə qapalı keçirib. Məşqin əvvəlində mütəxəssisin futbolçularına qarşı hirsli olduğu gözdən yayınmayıb. Hazırlıq prosesində zədəli Emrah Kiraz ilə iznli Murat Hacıoğlu iştirak etməyib. Məşqdən sonra İzmit klubunun prezidenti Serhan Gürkan futbolçularla görüşüb. O, onlardan sonadək mübarizə aparmalarını istədiyini söyləyib. S.Gürkan klubun təcili toplantısını keçirib. "Ankaragücü"nə məğlub olduqlarına məyus olduğunu deyən komanda rəhbəri fikrinə belə davam edib: "Oyundan əvvəl "Ankaraspor" və "Fənərbağça" ilə matçların mükafatlarını verdik ki, hər kəs rahat olsun. Bu həftə çox önəmli oyuna çıxacağıq. 3 xalı mütləq qazanmalıyıq. "Ankaragücü" ilə oyunda futbolçularımın oyunundan heç məmnun qalmadım. Futbolçunun meydanda mübarizə aparmamağa haqqı çatmır. Pis ötürmə verə bilər, ancaq pis mücadilə etməməlidir. Futbolçu qaçacaq və savaşacaq. Biz transferləri edərkən buna görə futbolçu aldıq. Bundan sonra bazanın giriş və çıxışına ciddi nəzarət olunacaq. Bu, mövsümün sonuna qədər davam edəcək. İnanıram ki, liqada qalacağıq". Baş məqçi Erhan Altın isə deyib: "Hazırlıq çox yaxşı gedir. Komandamızda əhval-ruhiyyə yüksəkdir. "Beşiktaş" güclü rəqibdir. Bu komanda çempion olmaq istəyirsə, 3 xal qazanmaq üçün gələcək. Biz də qalib gəlmək niyyətindəyik. 8 tur qalıb. Superliqada qalmaq istəyiriksə, bunları itkisiz başa vurmalyıq. Oyuna nəzəri və praktiki olaraq hazırlanırıq. "Ankaragücü" ilə oyunda itirdiyimiz 3 xalı hesabımıza yazacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA