Xaqani Məmmədov Babək Quliyevin rüzvətxor olmadığını imzası ilə təsdiq etdi

img

04-04-2009 [11:50]


?Haqqımda çıxarılan son qərarla razıyam. Çünki mənə təqdim olunan son qərarda bildirilir ki, mən hakimlikdən rüşvət aldığıma görə deyil, nizam-intizam kodeksini pozduğuma görə kənarlaşdırılmışam. Çox şadam ki, haqq-ədalət yerini tapdı?. Bu sözləri Supersport.Az-ın müxbiriylə söhbətində FİFA referisi Babək Quliyev deyib. O bildirib ki, AFFA rüşvətlə bağlı məsələdə səhvə yol verdiyini etiraf edib: ?Xaqani Məmmədovun imzasıyla olan qərar bu dəqiqə əlimdədir. Orada qeyd olunur ki, mən oyundan sonra ?Qarabağ?ın direktoru Əmrah Çəlikəllə söhbət etmişəm və futbolçulara verdiyim vərəqələri şərh etmişəm. Bu da nizamnaməyə görə qanunsuzdur. Bəli, boynuma alıram, səhv etmişəm. Amma məni narahat edən adımın rüşvətlə birgə hallanması idi ki, bunun da düzgün olmadığını artıq AFFA-dakılar da etiraf etdilər. Günahsız yerə adımın rüşvətxor kimi hallandırılması mənə çox pis təsir edirdi. Şadam ki, bu ləkə boynumdan götürüldü. Daha məhkəməyə şikayət etməkdən də vaz keçdim. Çünki bir daha deyirəm ki, adımın rüşvətlə hallandırılması məni narahat edirdi ki, bu məsələ də artıq yoluna qoyulub?. Bununla belə, Babək Quliyev hakimliyə nə vaxt qaytarılacağını bilmir: ?Nizam-intizam kodeksini pozduğuma görə, hakimlikdən kənarlaşdırılmışam. Kodeksdə isə bu səhvin cəzasınını neçə oyun olması göstərilməyib. Buna görə də bilmirəm ki, 1 oyunluq, 5 oyunluq və ya 10 oyunluq cəzalanmışam. Mən də başa düşürəm ki, cəzanın qarşısında onun müddəti də göstərilməlidir. Amma indi nə edə bilərəm? Xaqani Məmmədovdan soruşun ki, niyə kodeksi mükəmməl şəkildə tərtib etməyiblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA