"Berti Foqts Azərbaycana pul qazanmağa gəlib"

img

03-04-2009 [02:55]


?Turan?ın keçmiş baş məşqçisi Naci Şensoy xeyli müddət idi ki, ?İstanbulspor?da məsləhətçi işləyirdi. Bolqarıstanın yüksək liqasında çıxış edən ?Pirin? klubundan təklif alan türkiyəli mütəxəssis Türkiyə komandası ilə yollarını ayırmalı oldu. Naci Şensoy Supersport.Az-a eksklüziv müsahibə verib. [b]?AZƏRBAYCAN ÇEMPİONATININ SƏVİYYƏSİ AŞAĞI DÜŞÜB?[/b] [b]- Naci bəy, ?İstanbulspor?u niyə tərk etdiniz?[/b] - Orada məsləhətçi işləyirdim. Klub rəhbərinə onlara kömək edəcəyimə söz vermişdim. Ancaq əvvəlcədən şərt qoymuşdum ki, əgər mənə sərfəli təklif gəlsə, komandadan gedəcəm. Buna görə də klub rəhbərliyi komandadan ayrılmağımı normal qarşıladı. Bolqarıstanın yüksək dəstəsində çıxış edən ?Pirin?lə iki illik müqavilə bağlamışam. Hazırda komanda 11-ci yerdədir. [b]- Yeni klubunuzda şərait sizi qane edirmi?[/b] - Deməzdim ki, hər şey yüksək səviyyədədir. Dünyada baş verən maliyyə böhranı bu kluba da təsirini göstərib. Burda şərtlər elə də yüksək deyil. ?Pirin?lə razılığa gələndə də rəhbərliklə belə razılaşdıq ki, əgər yaxşı nəticə göstərsək, gələn mövsüm komanda daha da güclənsin. Heyətin əsasını yerli oyunçular təşkil edir. Onların əksəriyyəti gənclərdir. Məhz bu baxımdan ?Pirin? turnir cədvəlində bir çox komandalardan geri qalır. Ölkə çempionatında komanda yaxşı nəticə göstərməsə də, kubokda yarımfinala yüksəlib. İndi məqsədimiz kuboku qazanıb avrokuboklara qatılmaqdır. [b]- Azərbaycan Premyer liqasının oyunlarını izləyirsiniz?[/b] - Vaxtım olanda baxıram. Mənə elə gəlir ki, çempionatın səviyyəsi qalxmayıb, əksinə aşağı düşüb. Komandalar arasında rəqabət azalıb. ?Turan?da işlədiyim vaxtlarda çempionluq uğrunda 7 komanda mübarizə aparırdısa, indi qızıl medallara iki komanda iddialıdır. Səviyyəli legionerlər də yoxdur. Bütün bunlar çempionatın səviyyəsinin aşağı düşməsinə səbəb olub. Hətta derbi matçlarında da stadionlarda azarkeş az olur. Bu da onu göstərir ki, komandalar baxımlı oyun nümayiş etdirmir. O vaxt ?Neftçi? və ?Xəzər-Lənkəran? indikindən qat-qat güclü idi. [b]?NEFTÇİ?DƏ NƏ QƏDƏR EKSPERİMENT APARMAQ OLAR?!?[/b] [b]- Yeri gəlmişkən, ?Neftçi?nin cari mövsüm uğursuz çıxışına necə baxırsınız?[/b] - Tez-tez məşqçi dəyişiləndə belə də olmalı idi. ?Neftçi?də nə qədər məşqçi eksperimenti aparmaq olar? Dünyanın heç bir yerində görünməyib ki, bir komandada ildə 4-5 məşqçi dəyişsin. Hayns Yurgen Gede baş məşqçi olan kimi aparıcı futbolçuları komandadan uzaqlaşdırdı. Sonra bu addımın nəticəsi olmadığı üçün alman mütəxəssis də işindən kənarlaşdırıldı. Mən günahı onda görmürəm. ?Neftçi? rəhbərliyi komandanı kimə tapşırdığını əvvəlcədən bilməli idi. Bu vaxta qədər Gede hansı klubda uğur qazanmışdı ki? Rəşad Sadıqov kimi futbolçunu komandadan qovmaq səhv addım idi. Klub rəhbərliyinin yerinə mən olsaydım, o vaxt futbolçuları saxlayıb Gedeni yola salardım. Neçə ki, bunu sonra etdilər. [b]- ?Turan?ın vəziyyəti ilə maraqlanırsınız?[/b] - Komandanın turnir cədvəlinin aşağı pilləsində olması mənə çox pis təsir edir. Gərək komanda bu vəziyyətə düşməyəydi. ?Turan? Azərbaycanın köklü klublarından biri sayılır. Bir ara fikirləşdim ki, Tovuza qayıdıb komandanın güclülər dəstəsində qalmasına kömək edim. Sonra xəbər tutdum ki, Tovuz məktəbinin yetirmələri Nadir Nəbiyev və Ruslan Abbasov komandaya köməyə gedib. Onların bu addımını alqışlayıram. Həqiqətən də hər iki futbolçu yenidən komandaya qayıtmaqla peşəkarlıq nümunəsi göstəriblər. İnanıram ki, komanda güclülər dəstəsində yerini qoruyacaq. Nə vaxtsa ?Turan?a qayıdacağam. O günü səbirsizliklə gözləyirəm. [b]"AZƏRBAYCAN MİLLİSİNİN FOQTSLA UĞUR QAZANACAĞINA İNANMIRAM? [/b] [b]- Rusiya-Azərbaycan oyununa baxdınız?[/b] - Həmin vaxt işlərim çox idi. Sonradan matçın epizodlarına baxdım və Azərbaycan millisinin 2:0 hesabı ilə məğlub olduğunu gördüm. Elə bil yığma müdafiədə oturub qapısından çox top buraxmamağa çalışırdı. Bu da onu göstərir ki, Foqts millinin irəli getməsi üçün heç bir iş görməyib. O, Azərbaycana pul qazanmağa gəlib. Görünür, Azərbacan yığmasının tezliklə uğur qazanması onu o qədər də maraqlandırmır. Belə olmasaydı, vaxtının çoxunu Almaniyada deyil, Azərbaycanda keçirərdi. Daha 3 gündən bir, 5 gündən bir vətəninə baş çəkməzdi. Millinin keçmiş baş məşqçisi Torres Braziliyaya gedəndə də mən bunun əleyhinə idim. İndi eyni ilə onun yolunu Foqts gedir. Baş məşqcinin əsas vəzifəsi çempionatın oyunlarını izləyib oradan milliyə hazır oyunçular seçməkdir. Foqts isə bunu etməkdənsə, gününü istirahətlərdə keçirir. Alman mütəxəssis bu vaxta qədər işlədiyi yığmalarda elə də uğurlu nəticə göstərməyib. Yalnız Almaniya yığması istisna olmaqla. Bunu da elə şişirtmək lazım deyil. Həmin dövrdə Almaniyaya hansı məşqçi başçılıq etsəydi, komanda uğur qazanardı. Çünki komandada Birhoff, Klinsmann kimi ulduzlar vardı. Əgər alman mütəxəssis işi yaxşı bilirdisə, niyə Şotlandiya və Nigeriya yığmalarını final mərhələlərinə çıxarmadı? Əvəzində isə qovuldu. Buna görə də, Berti Foqtsun rəhbərliyi altında Azərbaycan millisinin nəticə qazanacağına inanmıram. AFFA ona verdiyi pulu uşaq futboluna qoysaydı, gələcəkdə milli üçün yaxşı oyunçular yetişərdi. [b]- Sizcə, milli üçün necə məşqçi lazımdır?[/b] - İlk növbədə Azərbaycanın adət-ənələrini və futbolunu yaxından bilən mütəxəssis olmalıdır. Həmin mütəxəssis komandanı toparlamağı bacarmalı və futbolçularla dil tapmalıdır. Baş məşqçi türkiyəli olsaydı, bunun nəyi pis olardı? Mən özümü nəzərdə tutmuram. Sonra deyərlər ki, millidə işləmək istəyir. Bülənt Uyğun ?Sivasspor?u necə irəli apardı. Belə məşqçilər yığmada da özlərini göstərə bilərlər. Və yaxud digər məşqçilər var ki, Azərbaycan millisində çalışa bilərlər. Mənə elə gəlir ki, seçim edəndə öncə məşqçinin işinə və onun göstəricilərinə nəzər salmaq lazımdır. Elə-belə milliyə məşqçi gətirmək düzgün deyil. Bunun sonu yaxşı olmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA