Asiya əsri başlayır

img

06-07-2013 [21:55]


"Birqütblü dünyanın sonu çatır"- başlıqlı məqaləmdə ABŞ-ın dünyaya təkbaşına ağalıq etməsinin sona çatmaq üzrə olduğunu yazmağım bəzi oxucularımıza inandırıcı gəlməyib. Buna görə də ABŞ-ın dünyada ağalığına son qoya biləcək güclərdən biri - Çin Xalq Respublikasının bu istiqamətdəki imkanları ilə oxucu-larımızın tanış olmasını vacib sayıram. Düşünürəm ki, bununla məsələlərin daha aydın təsəvvür edilmə-sinə yardımçı ola bilərəm. Üçüncü minilliyin ilk illərində, Çinin iqtisadi gücünə görə tezliklə dünya lider-lərindən birinə çevriləcəyi haqqında ehtiyatlı fikirlər səslənsə də, əksəriyyət buna inanmaq istəmirdi. Ancaq 2007-ci ilin sonunda Çin ümumdaxili məhsulunun həcminə görə Almaniyanı qabaqlayıb, dünya-nın ən böyük üç ölkəsindən birinə çevriləndə, artıq Pekinin uğurlarının çox da uzaqda olmadığını daha ucadan səsləndirməyə başladılar. 2010-cu ilin sonunda isə məlum oldu ki, Çin Yaponiyanı da ötüb keçərək, iqtisadi gücünə görə dünyanın ikinci dövlətinə çevrilib. Məhz bundan sonra Çinin yaxın bir neçə il ərzində ABŞ-ı da ötüb keçəcəyi haqqında proqnozlar verildi.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının son hesabatında bildirilir ki, 2016-cı ildə Çin ABŞ-ı arxada qo-yacaq və iqtisadi gücünə görə dünya liderinə çevriləcək. Dünya ölkələrinin iqtisadiyyatı ilə bağlı ciddi araşdırmaları və təhlilləri ilə tanınan "PricewaterhouseCoopers" Şirkətinin hesabatında isə qeyd edilir ki, Çin 2017-ci ildə dünya lideri olacaq.
Çinin dünya liderinə çevriləcəyi ilə bağlı müxtəlif tarixlər səslənsə də, bir məsələdə böyük əksəriyyət həmrəydir ki, dünyanın ağırlıq mərkəzi Qərbdən Şərqə keçir. Hətta ən pessimistlər belə ən geci 2030-cu ildə Çinin ABŞ-ı ötüb keçəcəyini proqnozlaşdırır və Vaşinqtonun bunun qarşısını almaqda gücsüz olduğunu qeyd edirlər.
Çinin yaxın illərdə dünyanın ən böyük iqtisadi gücə malik dövlətinə çevriləcəyini sübut edən məqamlar-dan biri də 2012-ci ilin yekunlarına dair hesabatda Çinin ticarət dövriyyəsinə görə ABŞ-ı ötüb keçərək dünyada lider dövlətə çevrilməsidir. Belə ki, ötən il ABŞ-ın ticarət dövriyyəsi 3,82 trillion dollar təşkil et-diyi halda, Çinin idxal və ixrac əməliyyatları 3,87 trillion dollar həcmində olub.
Onu da qeyd edək ki, bu, ABŞ-ın Ticarət Ќazirliyinin rəsmi məlumatıdır. Bu məlumata onu da əlavə et-sək ki, 2009-cu ildən başlayaraq Çin ixracata görə dünya liderinə çevrilib, onda ABŞ-la Çin arasındakı rə-qabət səhnəsi daha aydın təsvir oluna bilər. Belə ki, 2009-cu ildə ABŞ 1,82 trillion dollarlıq mal ixrac edib-sə, Çinin ixracatı 2,28 trillion dollar olub. Həmin ildən başlayaraq ABŞ-ın ticarət dövriyyəsində idxalın pa-yı artdığı halda, Çinin ticarət dövriyyəsində ixracatın həcmi yüksəlir.
Stabil iqtisadi inkişaf dinamikasını təmin edən Çin indi də hərbi potensialını artırmaq yolunu tutub. ABŞ-ın Müdafiə Ќazirliyinin Konqressə təqdim etdiyi hesabata görə, Çin ildən-ilə hərbi xərclərini artırır. Pen-taqonda hesab edirlər ki, ötən il Çin bəyan etdiyi kimi, hərbi xərclərə 106 milyard dollar deyil, 180 milyard dollar vəsait sərf edib.
Çinin hərbi xərclərinin bir hissəsini gizlətməsi ilə yanaşı, radarlara yaxalanmayan "Stels" tipli təyyarələrin və ilk yerli təyyarədaşıyan gəmisini istehsal etməsi də Pentaqonda narahatlıq yaradıb. Çinin tezliklə 6 ədəd təyyarədaşıyan əldə etmək niyyətində olması, sualtı qayıqlarının sayını artırmaq planları ABŞ hər-biçilərini daha çox narahat edir. Pentaqonda iddia edirlər ki, Çinin bu addımları ABŞ-a qarşı yönəlib. Doğ-rudur, hazırkı şəraitdə ABŞ-la hərbi qarşıdurmanın Çin üçün fəlakətli ola biləcəyini Pekində də anlayırlar. Lakin stabil iqtisadi inkişafını təmin edən və dünyanın ən böyük iqtisadi güclərindən birinə çevrilən Çinin supergüc olması üçün hərbi gücünü artırması labüddür. Bu səbəbdən də Çin milli hərbi-sənaye komp-leksini artırmaqda qərarlıdır. Məhz bunun nəticəsidir ki, ötən il rəsmi olaraq hərbi xərclərə 106 milyard dollar sərf edən Çin, bu il hərbi xərclər üçün büdcədən 115,6 milyard dollar vəsait xərcləmək istəyir.
İqtisadi və hərbi gücünü artıran Çin ABŞ-ın dünyadakı təkbaşına ağalığına son qoymaq üçün həm də fəal diplomatik siyasət yürüdür. Pekin xüsusən də Moskva ilə münasibətlərinə ciddi diqqət yetirir və Va-şinqtonun onların arasında soyuqluq yaratmasına imkan verməməyə çalışır. Buna görə də beynəlxalq məsələlərdə Çin Rusiya ilə eyni mövqedən çıxış etmək yolunu tutub.
Rusiya ilə müttəfiqlik edən Çin, Asiya və Afrika qitəsində də fəal diplomatiyası ilə diqqəti çəlb edir. Çinin nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistanla münasibətlərinə xüsusi önəm verdiyi hiss olunur. Belə demək olar ki, Çin ABŞ-ın bu köhnə müttəfiqini öz tərəfinə çəkməyə çox yaxındır. Məhz Pakistanın sayəsində Çin ötən il silah ixracını artıraraq Fransa və Almaniyaya yaxınlaşıb. İndi Çini silah ix-racında Almaniya və Fransadan bir-iki faizlik fərq ayırır. Ekspertlər isə Çinin tezliklə bu sahədə də Alma-niyanı ötüb keçəcəyini planlaşdırırlar. O ki qaldı Pakistan-Çin münsibətlərinə, bu iki ölkə arasındakı silah ticarətinin həcmi eyni zamanda Pakistanın ABŞ-dan uzaqlaşaraq Çinlə yaxınlaşmaq kursu götürməsin-dən xəbər verir.
Pakistanla yanaşı Əlcəzair, Banqladeş, Ќigeriya kimi dövlətlərin də ABŞ silahlarından imtina edərək Çin istehsalı olan silahlar almağa meyl etmələri Vaşinqtonda narahatlıqla qarşılanır. Yuxarıda sadalananlar, dünyanın ən böyük iqtisadi gücünə çevrilmək niyyəti ilə yanaşı hərbi gücünü də sürətlə artırması və fəal diplomatik siyasət aparması Çinin artıq regional dövlət statusu ilə barışmaq istəmədiyini, dünyanın güc mərkəzlərindən birinə çevrilməkdə qərarlı olduğunu göstərir.
Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden ətrafın-da baş verən proseslər də Vaşinqtonun diqtə siyasətinin artıq işləmədiyindən xəbər verir. ABŞ xüsusi xidmət orqanlarının bütün dünyada internet vasitəsilə yazışmaları izləmələrini və telefon danşıqlarına qulaq asmasını ifşa edən Edvard Snoudenin malik olduğu məlumatların yayılmasını ABŞ-ın milli təhlü-kəsziliyi üçün böyük təhlükə cayan rəsmi Vaşinqton bu şəxsi dərhal həbs etməyə çalışıb. Lakin Snoude-nin gizləndiyi Honkonq rəsmiləri Vaşinqtonun bu haqda tələbini nəzərə almaq belə istəməyiblər. Snou-denin ekstradisiyası ilə bağlı Vaşinqtondan Honkonqa göndərilən sənədlər də işə yaramayıb. Honkonq-da "bu sənədlərin yerli qanunvericiliyə uyğun olmadığı",- qənaətinə gəliblər və Snoudenin Honkonq--Moskva reysi ilə ölkəni tərk etməsinə imkan veriblər. Vaşinqtonda isə əmindirlər ki, Honkonqun bu qə-rarının arxasında rəsmi Pekin dayanır. Vaşinqtonun siyasi dairələrində hesab edirlər ki, Rusiya kimi Çin də son zamanlar ABŞ-ı alçatmaq üçün hər bir imkandan yararlanır.
Snoudenin ABŞ-a təhvil verilməsi məsələsinə dövlət katibi Con Kerri ilə prezident Barak Obamanın şəx-sən müdaxilə etmələrinə baxmayaraq, Çin və Rusiya rəsmiləri buna təşəbbüs belə göstərmədilər. Dün-yanın aparıcı beyn mərkəzlərində Snoudenin təslim edilməsi üçün ABŞ-ın çabalarına Çin və Rusiyanın münasibətini Pekin və Moskvanın Vaşinqtona hörmətinin səviyyəsinin göstəricisi kimi yanaşırlar. Bey-nəlxalq siyasət məsələləri üzrə əksər ekspertlər Snoudenin ABŞ-a təhvil verilməsinə Çinin və Rusiyanın mane olmasını Vaşinqtonun diqtə siyasətinin artıq tarixə qovuşduğunun sübutu sayırlar. ABŞ tərəfinin səsləndirdiyi fikirlər isə bu gerçəkliyin hələ bir çoxları tərəfindən qəbul olunmadığını göstərir. ABŞ-da səslənən fikirlərdən belə qənaətə gəlmək olar ki, əksəriyyət yaranmış vəziyyətə görə Barak Obama hö-kumətini günahkar hesab edir və hökuməti milli maraqları qoruya bilməməkdə ittiham edirlər. Belə ba-şa düşülür ki, dünyada baş verən ciddi dəyişikliklər hələ də Vaşinqtonda bir çoxlarının dünyaya baxışına təsir göstərməyib.
Ancaq dünya sürətlə dəyişir. Əgər bu gün ABŞ İranın İraq üzərindən Bəşər Əsəd hökumətinə hərbi yar-dımının qarşısını ala bilmirsə, "Taliban"la danışıqlar aparmaq və bu danışıqlarda "Hakkani" terrorçu qrup-laşmasının da iştirakına dözümlü yanaşmağa başlayıbsa, artıq Çin və Rusiya kimi böyük dövlətlərin ABŞ-ın maraqlarını nəzərə almamasını da anlamaqdan başqa çarə qalmır.
Bütövlükdə götürdükdə, demək olar, bütün ciddi ekspertlər bir fikri bölüşürlər ki, 20-ci əsr Amerika əsri olduğu kimi, 21-ci əsr də Asiya əsri olacaq. Yəni, dünyanın siyasi və iqtisadi ağırlıq mərkəzi Qərbdən Şər-qə keçir və Vaşinqton bunun qarşısını almaqda acizdir. Şərqin insan resursu və maddi sərvətlər qaynağı kimi ən önəmli məsələlərdə Qərbdən üstün mövqedə olması Qərb-Şərq qarşıdurmasının ikincinin qələ-bəsi ilə bitəcəyini proqnozlaşdırmağa imkan verir.
Qarşıdakı illərdə Pekin-Moskva-Tehran üçbucağının dünya üzrə rolunun artacağı birmənalıdır. Əgər ya-xın illərdə bu üçbucağa Pakistan və Əfqanistanı da daxil etmək mümkün olsa, ABŞ faktiki olaraq, Asiya qitəsindən çıxarılacaq. Qırğızıstanın ABŞ-ın hərbi bazasını bağlamaq qərarı, Pentaqonun öz qoşunlarını Əfqanistandan çıxarması isə bunun başlanğacı sayıla bilər. Pentaqonun Əfqanistandan gələn il çıxarma-ğı planlaşdırdığı qoşunlarını Qafqazda yerləşdirmək niyyətini isə ABŞ-ın Asiyadan Avropaya çəkilmək məcburiyyətində qalması, Vaşinqtonun bu reallıqla barışmağa başlamasının göstəricisi kimi də qəbul et-mək olar. Qərblə Şərq arasındakı mübarizənin bu dəfə uzaq Əfqanistanda deyil, Azərbaycanın da daxil olduğu çoğrafiyada gedəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR