Partiya sədrinə qarşı təxribat oldu - Haker hücumu

img

26-01-2016 [18:11]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı növbəti dəfə təxribat edilib. Bu barədə mia.az-a MMP mətbuat xidmətindən məlumat verilib ki, onun "facebook"dakı rəsmi hesabını sıradan çıxarıblar.

Verilən məlumata görə, son günlər sosial şəbəkədəki fəallıq etməsi bəzi dairələri narahat edib və buna görə də belə bir təxribat törədilib. Belə ki, bu gün səhərdən partiya sədrinin hesabına daxil olmaq mümkün deyil. Onun hesabına hücum edənlər profildəki son paylaşımları siliblər. Verilən məlumatda o da bildirilir ki, hzırda profilin bərpa olunması üçün cəhdlər edilir.

Qeyd edək ki, Hafiz Hacıyev xeyli müddət idi ki, "facebook"dan istifadə etməyə başlamışdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA