Lavrovdan Qarabağ açıqlaması: ""Ya hər şey, ya heç nə" prinsipi vacibdir"

img

26-01-2016 [14:26]


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil".

Bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Qarabağ nizamlanması ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlərin olduğunu deyən nazir onların danışıqlar prosesində mövcud olan yeganə sənədlər olduğunu bildirib:

"Bu sənədlərdən başqa sənəd mövcud deyil. Həmin sənədlər ATƏT-ə göndərilib. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA