"Türkiyənin Azərbaycandan İraqa qədər böyük rol oynaması üçün ciddi potensialı var" - ABŞ-ın vitse-prezidenti

img

24-01-2016 [16:27]


ABŞ Ankara və Bağdadla birgə fəaliyyətini bundan sonra da davam etdirəcək. 

 

Bbunu ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə görüşündən sonra bəyan edib. Onun sözlərinə görə, Mosulun İŞİD-in əlindən geri alınması üçün ABŞ əlindən gələn bütün yardımları edəcək:

 

"Mosul hər hansı bir ölkənin əmrində olmayacaq. Mosulu işğaldan azad etməyimiz lazım gələcək. Bunu özüm üçün vəzifə hesab edirəm. Bu mövzularda müzakirə ediləcək məqamlar çoxdur. İnanıram ki, Kipr probleminin həllində Türkiyə böyük rol oynayacaq. Türkiyənin Azərbaycandan İraqa qədər böyük rol oynaması üçün ciddi potensialı var. Biz də bu işdə əlimizdən gələn bütün dəstəyi verəcəyik”. 


Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA