"Dərhal ATƏT-in Minsk qrupundan imtina edilməlidir” - QHT sədri

img

23-01-2016 [15:34]


ATƏT-in Minsk qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacaq 

"Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarla bağlı qəbul etdikləri bəyanat Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələrinin də kəskin etirazına səbəb olub. Bununla bağlı mətbuata açıqlama verən QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, ATƏT-in Minsk qrupu artıq utanmadan Ermənistanın açıq müdafiəçisi olduğunu bəyan edir: Azərbaycan cəmiyyətinin bu quruma inamı yoxdur. Hamı bilir ki, Minsk qrupu birbaşa yaranmış münaqişənin həll olunmamasının və status-kvonun qorunub saxlanılmasının əsas səbəbkarları rolunu oynayır. Bu faktın özü bir daha sübut etdi ki, bu bəyanatla ATƏT-in Minsk qrupu həmsədrləri benəlxalq hüquqa tüpürməklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ermənipərəst mövqelərini bir daha ortaya qoydular və bundan sonra onların vasitəçilik missiyalarını davam etdirməyə mənəvi və hüquqi haqları qalmır. Bu bəyanatdan dərhal sonra Azərbaycan bu qurumdan imtina etməlidir!” QHT sədri onu da bildirib ki, Azərbaycan cəmiyyəti başa vermiş hadisəyə özünün sərt reaksiyasını bildirməlidir: " Bu məsələdə hər kəsi, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələrini başa vermiş hadisəyə etırazını bildirəlidir. Biz bunun sükutla qarşılaya bilmərik. Azərbaycan xalqı öz etirazını bildirməlidir. Azərbaycan rəsmiləri də buna seyrçi mövqeyi tutmamalı, ATƏT-in və bu qurum tərəfindən formalaşdırılan Minsk qrupunun fövqəladə toplantısının çağırılmasına nail olmalı, Rusiya, ABŞ və Fransa üçlüyünün vasitəçilik missiyasından imtina etməlidir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlətin ermənipərəst siyasət yürütməsi onların nə zamansa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olacaqlarına və bu istiqamətdə fəaliyyət göstərəcəklərinə ümid yaratmır. Həmsədr dövlətlərdən biri - Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər həmsədr dövlətlərin - ABŞ və Fransanın siyasi elitası isə erməni diasporunun təsiri və nəzarəti altındadırlar. Bu qurumdan ədalətli mövqey gözləməyə dəyərmi?!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA