Partiya sədrindən komitə sədrinə sərt ittihamlar: "Ayrılan pullar hara gedib?"

img

22-01-2016 [17:44]


"Azərbaycan əleyhinə atılan hər addımda erməni lobbisinin barmağını axtarırıq. Hər tərs gedən işdə erməni lobbisinin əlini axtarmaq nədir, çarəsizlik, yoxsa işbilməzlik? Bəs Azərbaycan Diaspora təşkilatlarına ayrılan pullar hara xərclənir?".


Bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ölkə.Az-a verdiyi açıqlamasında şərh verib:

"Deyirlər, erməni lobbisi çox güclüdür, Azərbaycan haqqında xaricdə pis bir şey olan kimi, atırlar onların üstünə. Çox şişirdirlər, bu düzgün deyil. Hər bir insan vicdanını qabağına qoyub, millət üçün, vətən üçün işləməlidir. Bəhanə gətirməyə nə var ki? O qədər bəhanə gətirə bilərik. Ermənilər onsuz da torpaqlarımızı 20 ildir zəbt ediblər. Bütün hər şeyi erməni diasporasının ayağına yazmaq məntiqsizlikdir. Belə deyərək özümüzü gülünc vəziyyətə qoyuruq.

Nə qədər yalan danışmaq olar? Bir iş görə bilməyəndə erməni lobisi belə etdi, elə etdi, demək çarəsizlikdir. Öz bacarıqsızlıqlarını başqalarının ayağına yazmasınlar. Azərbaycanın xarici siyasətini iflic ediblər. ABŞ-dan bizə sanksiyalar gözlənilir. Bunun qarşısını almaq əvəzinə başlayırıq yalançı məlumatlar yaymağa. Diasporaya ayrılan pullar həmin sahəyə xərclənməlidir. Ancaq görünən odur ki, o pullar şəxsi ciblərə gedir. Dövlət büdcəsindən ayrılan pullar hamısı öz təyinatı ilə xərclənməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA