Milli Məclisin növbədənkənar sessiyasının səbəbi açıqlandı

img

18-01-2016 [15:40]


Milli Məclisin sabah keçiriləcək növbədənkənar iclasında Azərbaycanda valyuta bazarının tənzimlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Bunu prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirib.

Prezident bildirib ki, valyuta bazarının tənzimlənməsi üçün göstərişlər verib və bu istiqamətdə təkliflər hazırlanıb.

Dövlət başçısı çıxışında bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA