ALP hakimiyyətə çağırış etdi: "... bu, böhrandan çıxış yolu deyil"

img

16-01-2016 [13:03]



Azərbaycan Liberal Partiyası ölkədə yaranmış hər an qaynar münaqişəyə keçə bilən siyasi, sosial-iqtisadi gərginlikdən son dərəcə narahatdır. 

Bu fikirlər Azərbaycan Liberal Partiyasının bəyanatında yer alıb. Bəyanatda daha sonra bildirilir:

Uzun illərdir dünyada analoqu olmayan və cəmiyyətdə tüğyan edən məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq, xalqın amansızcasına talanması və Azərbaycan rəsmilərinin yeritdiyi səmərəsiz iqtisadi siyasət nəticəsində ölkə problemlər bataqlığına sürüklənmiş, iqtisadiyyatın qeyri-neft sektorunun ixracatı, demək olar ki, heçə enmiş, işsizlikdən və yoxsulluqdan bezmiş xalqın xaricə getməyə yolxərci tapmış əhəmiyyətli hissəsi ölkəni tərk etməyə məcbur olmuş, buna imkanı olamyanlar isə ölkə daxilində kənddən iri şəhərlərə köçüb, "qul bazarlarında” tapdığı azödənişli, ağır işlərdə 1001 haqsızlığa, əzaba, təhqirə dözərək, ailələri üçün çörəkpulu qazanmışlar. Neftin qiymətinin dünya bazarlarında düşməsi nəticəsində, cəmi 10 ay ərzində manat dəyərdən 2-qat düşmüş, bu isə iqtisadiyyatı iflic etmiş, onsuz da çörəklə imtahana çəkilmiş xalq arasında işsizlik və yoxsulluq daha kütləvi və dözülməz şəkil almışdır. Onillərlə məmurlar tərəfindən insan yerinə qoyulmayan, dinlənilməyən, çıxılmaz vəziyyətə düşdüyünü iqtidarın nəzərinə çatdırmağın yeganə yolunu haqlı olaraq yalnız kütəvi aksiyalarda görən yoxsul, işsiz və ac insan kütlələri bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Siyəzəndə, Füzulidə, Lənkəranda, Ağcabədidə küçələrə axışmış və öz etiraz səsini qaldırmışlar. Təəsüüf ki, məsul iqtidar mənsubları acınacaqlı günə düşmüş xalq kütlələrininin qarşısına polislə, daxili qoşunla, çevik polis alayı çıxarmış, onları döydürmüş, onlarla insanı həbs etdirmişlər. Yüzlərlə insana bədən xəsarəti yetirilmişdir. KİV-lərdə verilən məlumatlara görə bir neçə adam özünü yandırmış və aldığı xəsarətdən həlak olmuşdur. Azərbaycan Liberal Partiyası hesab edir ki, xalqla güc strukturlarında çalışan onun övladlarnı qarşı-qarşıya qoymaq, dünc nümayişçilərə qarşı güc tətbiq etmək, onları həbs etdirmək yolverilməzdir və böhrandan çıxış yolu deyil. ALP dinc aksiyaçılara qarşı güc tətbiq edilməsini qətiyyətlə pisləyir və hesab edir ki, böhrandan çıxış yolu iqtidarın təxirəsalınmaz, kəsərli, dinc tədbirlər görməsində – cəmyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə dialoqa, sabitliyin qorunması və qarşıdurmaya keçməməsi üçün köklü siyasi və iqtisadı islahatlara başlamasındadır. Sonra gec ola bilər. ALP iqtidarı həbs olunmuş bütün nümayişçiləri dərhal azad etməyə, onlara qarşı əsassız güc tətbiqində təqsiri olan vəzifəli şəxsləri müəyyənləşdirməyə və məsuliyyətə cəlb etməyə çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA