“Rusiya yenə də Rüstəm İbrahimbəyovun vasitəsi ilə Azərbaycana təzyiq edir”

img

15-01-2016 [14:07]


"ABŞ prezidenti Barak Obama Azərbaycan prezident İlham Əliyevi 2016 ci il də Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etdikdən sonra Rusiyanın əlaltıları və agenturası yenidən Azərbaycan mətbuatında görünməyə başlayıb”.

Bu fikirləri Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun ölkədəki vəziyyətlə bağlı çıxışına münasibət bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bu günə kimi Rüstəm İbrahimbəyov mətbuatda yoxa çıxmışdı və indi nə baş verdi ki, yeni görünməyə başlayıb:" Xatırlayırsınızsa bu adam mətbuata acıqlama belə vermirdi. Ancaq kino işi ilə məşğul olduğunu və daha siyasətlə maraqlanmadığını qeyd edirdi. Ümümumiyyətlə, Azərbaycan cəmiyyəti İbrahimbəyovu Rusiya xidmət göstərən şəxs kimi tanıyır. Düşünürəm ki, Rusiya növbəti dəfə Rüstəm İbrahimbəyov və bu tipli adamlardan istifadə edərək, Azərbaycan dövlətinə və onun hakmiyyətinə qarşı təzyiq edir. Rusiya bu gün də maraqlıdır ki, ABŞ-Azərbaycan münasibətləri gərkin vəziyyətdə olsun. Münasibətlərin normallaşmasını istəmir. Bu adamların da yenidə mətbuatda görünməsini təbbi qarşılamaq lazımdır.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA