Dollar kreditlərinin 1.05-lə qaytarılması məsələsi - Milli Məclisdə

img

14-01-2016 [12:59]


Azərbaycanda əhalinin 10 min dollara qədər olan istehlak kreditləri köhnə məzənnə ilə qaytarıla bilər. 

Bu barədə "Qafqazinfo”ya açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda bu istiqamətdə hökumətlə Mərkəzi Bank arasında danışıqlar gedir:

"Ölkə başçısı da Nazirlər Kabinetinin son iclasında problemlərin həll edilməsi istiqamətində tapşırıqlar verib. Bizim də bu istiqamətdə bir sıra təkliflərimiz var. Konkret olaraq əhalinin dollar kreditlərinin köhnə məzənnə ilə, yəni 1.05-lə qaytarılmasını təklif etmişik. Hazırda MB ilə hökumət arasında danışıqlar aparılır və vəsaitin mənbəyi axtarılır. Vəsaitin hökumət, yoxsa Mərkəzi Bank tərəfindən verilməsi məsələsi müzakirə olunur. Yəni bu qanun layihəsi deyil, hökumətə edilmiş təklifdir. Təklif qəbul olunarsa, Milli Məclisdə müzakirəyə çıxarıla bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA