AXCP və Müsavatın Lənkəran təşkilatlarının sədrləri həbs olundu - 30 sutka

img

13-01-2016 [17:27]


AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli və Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarı verilib.

Lənkəran Rayon Məhkəməsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 298.2 maddəsi ilə (Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) ittiham olunaraq, yanvarın 13-də barələrində 30 sutka müddətinə inzibati həbs qərarı çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA