Arif Hacılının “Bandotdel”in rəisi ilə görüşü başa çatıb - YENİLƏNİB

img

13-01-2016 [14:13]


Bu gün Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşü artıq başa çatıb.

Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

**


Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Mia.az basta.info-ya istinadən xəbər verir ki, bu gün BMCMİ-dən nümayəndə Müsavat Partiyasının qərargahına gələrək bu barədə Arif Hacılını məlumatlandırıb.

Bildirilib ki, Arif Hacılı idarənin rəisi general Seyfulla Əzimov tərəfindən qəbul olunacaq. Dəvətin səbəbi barədə məlumat verilməyib.

Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA