Prezidentin vəzifə verdiyi qadın diplomat kimdir? - FOTO

img

12-01-2016 [20:16]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verərək, onu Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Bəs, yeni qadın səfir kimdir?

Mia.az Axar.az-a istinadən xəbər verir ki, Nərgiz Qurbanova uzun müddət Azərbaycanın ABŞ-dakı səfirinin müavini vəzifəsində çalışıb. O, Prezident İlham Əliyevin 18 aprel 2013-cü il sərəncamı ilə Amerika Birləşmiş Ştatlarındakı səfirimizin müavini təyin edilib.

23 dekabr 2013-cü il tarixində isə N.A. Qurbanovanın Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

 Xatırladaq ki, Azərbaycan dövlətçilik tarixinə ilk diplomat xanım Sara xatun olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA