Sabir Rüstəmxanlının partiyasının rəsmi saytı yenilənib

img

11-01-2016 [12:07]


Vətəndaş Həmrəyliyi Partiyasının rəsmi saytı olan "Vhp.az” yeni dizaynla istifadəyə verilib.

VHP mətbuat xidmətinin məlumatına görə, saytda partiyanın, onun struktur və bölmələrinin işi, qurumun gündəlik fəaliyyəti işıqlandırılacaq.

Saytda partiya rəhbərliyi, seçkili orqanlarda təmsil olunanlar, həmçinin rayon təşkilatları, gənclər və qadınlar təşkilatları barədə də məlumatlar yerləşdirilib.

VHP-yə üzv olmaq istəyənlər isə bundan sonra onlayn üzvlük anketi əldə edə biləcəklər. Saytın müvafiq bölməsinə daxil olmaqla, anketi doldurmaq və partiya nizamnaməsinə uyğun olaraq, internet vasitəsi ilə üzvlük müraciəti göndərmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA