"81 yaşlı baş nazir və 76 yaşlı baş nazirin müavini ilə islahat aparmaq olarmı?" - Qubad İbadoğlu

img

10-01-2016 [18:25]


Bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 

Tanınmış iqtisadçı alim Qubad İbadöğlu iclasla bağlı maraqlı məqama toxunub:

"İclasda əsas müzakirə olunan məsələ manatın məzənnəsi (məsul orqan Mərkəzi Bank), süni qiymət artımı (məsul orqan İqtisadiyyat və Sənaye Nazirliyi), neftin qiyməti və gəlirlərin idarə olunması (məsul orqan - Dövlət Neft Fondu) olsa da çıxış edənlər Maliyyə Naziri, Kənd təsərrüfatı naziri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri olub. 

Mənim çıxış edənlərə etiraz yoxdur, sadəcə çıxışçıların hansı əsasla müəyyənləşdirilməsi maraq doğurur. Nədən bu iclaslarda bir dəfə də olsun baş nazir kürsüsündə oturan Artur Rəsizadə və baş nazirin müavini vəzifəsini daşıyan Abid Şərifov çıxış etmirlər?

Sizcə 20-dən çox ölkə hökümətinə başçılıq edən, müşavirələrdə yuxarı başda əyləşən 81 yaşlı baş nazir və 76 yaşlı baş nazirin müavini ilə Azərbaycan iqtisadiyyatında islahat aparmaq olarmı?".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA