09-01-2016 [14:34]
Keçmiş deputat – oliqarx Dünyamin Xəlilovun adı yenidən media gündəminə gəldi. Bu, həmin Dünyamin Xəlilovdur ki, ötən il onun adı Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat kreditin talanması işində keçirdi, hətta 2015-ci ilin may ayında barəsində həbs-qətimkan tədbiri də seçilmişdi.
Lakin nə sirr idisə Dünyamin Xəlilov azadlıqda qalmışdı. Əvəzində onun şirkətinin heç bir səlahiyyət daşımayan 7 əməkdaşı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel”) zirzəmisinə salınmışdı. Çünki Cahangir Hacıyev və ortaqları bu dəfə də tanış dələduzluq sxemini işə salmışdılar – nəhəng məbləğlərdə kreditlər D.Xəlilovun şirkətində faktiki olaraq dəftərxana işçisi, elektrik və digər xırda-para işlərdə işləyən adamların adına rəsmiləşdirmişdi.
Virtualaz.org istintaqa yaxın mənbələrdən dəqiqləşdirib ki, D.Xəlilov Azərbaycan Beynəlxalq Bankından (ABB) nəhəng məbləğlərdə kredit götürərək onu "General Construction” MMC-nin, habelə digər offşor şirkətlərin adına rəsmiləşdirib. Mötəbər mənbələrdən saytımıza bildiriblər ki,D.Xəlilovun ABB-dən götürdüyü kreditlərin məbləği 2 milyard manata yaxındır.
Mənbə qeyd edir ki, ötən il dekabrın 29-da D.Xəlilov dindirilmək üçün növbəti dəfə "Bandotdel”ə çağırılıb və bu dəfə oradan çıxmayıb. Onu həbs ediblər, ertəsi gün dekabrın 30-da isə keçmiş deputatın 8 aya yaxındır həbsdə olan 5 keçmiş əməkdaşı azadlığa buraxılıb. Bu arada D.Xəlilovun ortağı C.Hacıyevi də saxlanıldığı Kürdəxanı təcridxanasından "Bandotdel”ə aparıblar və vəkili onun 10 gün orada saxlanılacağını açıqlayıb. Belə görünür ki, keçmiş bankiri milyardlarla manat vəsaiti talayan, kredit adı altında götürüb batıran ortaqları ilə üzləşdirəcəklər.
Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz HACIYEVAİM.Az-a bunları söyləyib:
"Zaman gələcək, Azərbaycan xalqı onları daş-qalaq edəcək.C.Hacıyev və D.Xəlilov çalışacaqlar ki, türmədə başlarını qatsınlar. Onlar götürdükləri 2 milyardın 1 milyonunu türmədə yeyib-içib xan kimi yaşayacaqlar. İçəridə eyş-işrət içində yaşayırlar. Əslində deyirlər ki, nə yaxşı bizi həbs etdilər. Canımız qurtardı. Bütün bu oyunlar sabiq MTN rəisi Eldar Mahmudovun qurmalarıdır. Düşünürdülər ki, dövlət çevrilişi edəcəklər və bütün pullar onlara qalacaq. Hesab soruşan olmayacaq. Bilirsinizmi, bu şəxsləri tutmaq şərt deyil. Əsas məsələ odur ki, 2 milyardı onlardan geri almaq lazımdır. Azərbaycan xalqının pullarıdır. Millət əziyyət çəkir. Qitmətlər hər gün qalxır. Amma yuxarıda oturanların mağazalardan xəbərləri yoxdur. Hər şeyləri pulsuz gəlir. Kasıb təbəqə isə zülm çəkir. Adıçəkilən şəxsləri "Bondotdel”də saxlamaqla iş bitməli deyil. Bütün mal-mülkü əllərindən alınmalıdır. Həmin mülklər satılmalı və əldə olunan pullar dövlət büdcəsinə qaytarılmalıdır. Lakin biz tərsini müşahidəedirik. Hazırda E.Mahmudov azadlıqdadır. Kef çəkir. Azadlıqda yenə də oyunlar oynayır. Bundan başqa həmin 2 milyardı D.Xəlilova verən Maliyyə Nazirliyi hara baxırdı? Gəlin, gedək ABB-yə görək bizə 10 manat verəcəkmi? Xeyr, verməyəcək. ABB-dən 10 manat almaq üçün 100 sənəd təqdim etməli olacağıq. Ona görə də düşünürəm ki, xalqın pulunu oğurlayanlar yalnız D.Xəlilovla bitmir. Belə adamların sayı çoxdur. Xalqın pulu ilə xarici ölkələrdə malikanələr tikənlər var.”
Təşkilat sədri qeyd edib ki, dövlətin pulu ABB vasitəsilə hərraca çıxarılıb:
"Burada bir-iki nəfərdən deyil, böyük bir şəbəkədən söhbət gedir. Onlar həm daxildən, həm də xaricdə fəaliyyət göstərirlər. Həmin adamlar aşkarlanmalıdır. ABB-də şəbəkə yaradıblarmış. Müəyyən adamların tapşırığı, dostbazlıq və tanışbazlıqla pulları alıb, böyük işlər görürdülər. İndi isə layihələri yarımçıq qalıb. Məsələn, bizdə məlumatlar var ki, bəzi oliqarx-məmurların xaricdə ailələri var. Gedib, ingilis və başqa millətlərlə evlənənləri var. Hamısı da pulu həmin əcnəbilərin adına keçirib. Yuxarıdakı dairələr bu işləri araşdırmalıdır. Onlar xalqa cavab verməlidr. Dövlətin pulunu talayanlara ağır cəzalar kəsilməlidir.”
Müsahibimizin qənaətincə, elə məmurlarımız var ki, Azərbaycanın pulu ilə Ermənistanda özünə şirkət qurub:
"O adamlar üzə çıxmalıdır. Düşünürəm ki, E.Mahmudovun komandasını əks etdirən siyahı ortaya çıxmayınca, Azərbaycanda heç zaman sabitlik olmayacaq. Hazırda da hakimiyyətdə E.Mahmudovu müdafiə edən insanlar mövcuddur. Onlara qarşı hansı addım atmışıq? Heç nə.”
Qurum rəhbəri hesab edir ki, dövlətə, dövlətçiliyə, xalqa, millətə və ölkə prezidentinə xəyanət edənləri asmaq lazımdır:
"Pulların havaya sovrulmasında ABB ilə yanaşı, Maliyyə Nazirliyi də məsuliyyət daşımalıdır. Bilmirdilər ki, gedən pullar qayıtmır. Onların hamısnın arxasında böyük güclər dayanıb. O güclər də imkan vermirlər ki, obyektiv istintaq getsin. Həmin villalar satılıb, Azərbaycan xalqına qaytarılsın.”
H.Hacıyevin sözlərinə görə, elə nazirlərimiz var ki, "lotkası” dənizdən birbaşa evinin qarajına girir:
"Nəqliyyat Naziri Ziya Məmmədov özünə bu şəraiti necə yaradıb? Pulları haradan alıb? Baş nazirin müavini İsmət Abbasov və Kənd Təsərrüfatı naziri Heydər Əsədov xaricdəki malikanələrini hansı pullarla tikdirib? Bütün bunlara cavab verilməlidir. Nazir 1700 manat maaşla qiyməti milyonlarla ölçülən villaları necə tikdirib? Bu adamlar da təcili həbsə alınmalıdırlar. Mülkləri də satılıb, dövlətin hesabına köçməlidir. Tək prezident neynəsin, daxili siyasətlə məşğul olsun, yoxsa xarici siyasətlə? Buna hökumət nəzarət etməlidir. Özbaşınalıq edən, qanunsuzluğa yol verən məmurlar dərhal işdən azad olunmalı və belələrinə ağır cəzalar verilməlidir. Lakin verilmir. Heç birinin burnu belə qanamayıb. Azərbaycan xalqını zəlil günə salan məmurları diz çökdürməliyik.”
H.Hacıyev kənd təsərrüfatı olmaq istəyinə də aydınlıq gətirib:"Bu günlərdə dedim ki, bu sahəni inkişaf etdirmək istəyirsinizsə, məni o posta təyin edin və 6 ay vaxt verin. Bütün məsuliyyəti də boynuma götürürəm. Görün, bir nəfərdən səs çıxdımı? Xeyr. Heç çıxmayacaq da. Çünki bizim kimi vətənini sevən, bacarıqlı insanlar onlara xeyir eləmir. Onlara yalnız ermənilərlə qohum olanlar, satqınlar və prezidentə xəyanət edənlər sərf edir.”
Müsahibimiz millət vəkillərindən də söz açıb:
"Baxın, bu gün elə deputatlar var ki, milyardlara sahibdirlər. Onlar bu pulları haradan alıb? Buna da cavab tapılmalıdır. Baxın, nə qədər "maşennik” və vicdanını itirmişlər var, hamısı Azərbaycan hökumətində təmsil olunur. Zamanında prezidentə sadiqəm deyən insanlar indi hardadır? Niyə ortaya çıxmırlar? Bu baxımdan düşünürəm ki, C.Hacıyev, D.Xəlilov və başqaları saxlanılmalı, bütün var-dövlətləri əllərindən alınmalı, özləri isəqazamat küncünə atılmalıdır.”
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq