“ABŞ İlham Əliyevə qarşı böyük səhv edib” - Metyu Brayza

img

08-01-2016 [12:41]


"Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda 2010-cu ildə keçirilən nüvə təhlükəsizliyi sammitinə dəvət almaması Ağ Evin diqqətsizliyi idi”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya KİV-nə açıqlamasında deyib: "Deyə bilərəm ki, ABŞ prezident İlham Əliyevi Barak Obamanın 2010-cu ildəki ilk nüvə sammitinə dəvət etməməklə böyük səhv edib. Baxmayaraq ki, Ermənistan və Gürcüstan prezidentləri dəvət edilmişdi. Bu diplomatik səhv Ağ Evin diqqətsiz işinin nəticəsi idi”.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi Vaşinqtonda keçiriləcək 4-cü nüvə təhlükəsizliyi sammitinə dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA