Türkiyə səfirliyindən viza məsələsinə - Reaksiya

img

08-01-2016 [12:23]


Türkiyə Azərbaycan arasındakı viza rejimində hər hansı dəyişikliyin olması gözlənilmir.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən AzNews.az-a daxil olan məlumatda deyilir. Səfirlikdən qeyd olunub ki, mətbuatda Türkiyənin Azərbaycan vətandaşlarına viza tətbiq edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Türkiyə Azərbaycan arasında hazırda həyata keçirilən viza rejimində hər hansı bir dəyişikliyin olması gözlənilmir. 2007-ci ildən bəri olduğu kimi Azərbaycan vətəndaşları ölkəmizə 30 günlük turistik səfəri vizasız edə biləcəklər”.

Qeyd edək ki, dünən Türkiyənin Azərbaycan daxil olmaqla 89 ölkəyə 2016-сi ilin iyunundan viza tətbiq edəcəyi haqda məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA