"Azərbaycana qarşı böyük bir kampaniya başlayıb" - Partiya sədri

img

07-01-2016 [16:52]


"Söyün Sadıqov az qalır ki, Rusiya ordusunu Azərbaycana dəvət eləsin”. Bu sözləri pia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyada "erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında müzakirəyə çıxarılmasına etiraz edənlər arasında Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının liderlərinin, o cümlədən, Söyün Sadıqovun da olmasına münasibət bildirərkən söyləyib.

Söyün Sadıqovun Azərbaycanı sevməyən insanlardan biri olduğunu bildirən Müasir Müsavat Partiyasının sədrinin fikrincə, dünyada anti-Azərbaycan kampaniyası başladılıb: "Söyün Sadıqov az qalır ki, Rusiya ordusunu Azərbaycana dəvət eləsin. Söyün Sadıqov və onun kimi insanlar milli qürurdan uzaq olan, Azərbaycanı sevməyən insanlardır. Onlar Rusiya kəşfiyyatının əlində olan ünsürlərdir. Bu gün dünyada Azərbaycanı gözdən salmaq üçün və Azərbaycana qarşı böyük bir kampaniya başlayıb. Bunun üçün içimizdə olan satqınlardan, vətən xainlərdən istifadə edirlər. Biz belə olacağını gözləyirdik.

Düşünürəm ki, bu məsələlərdə Azərbaycanın xarici siyasəti və Diaspora Komitəsi ciddi şəkildə öz işini qurmalıdır. Moskvada pomidor satan barədə yazırlar ki, Azərbaycan Diasporasının üzvüdür. Və onun maddi maraqları təmin olunmayanda Azərbaycana qarşı çıxırlar. O cümlədən, Söyün Sadıqov Milli Şuranın yaranmasında, Azərbaycana qarşı edilən təzyiqlərin kökündə dayanan insanlardan biri olub.

Bu gün onlar Azərbaycana qarşı tam hücuma keçiblər. Rusiya Dövlət Dumasında da ermənipərəst qüvvələr çoxluq təşkil edir. Hal-hazırda Azərbaycan çox çətin dilemma qarşısındadır. Ona görə ölkədə bütün səylər birləşdirilməlidir. Dövləti emosiya və kinlə idarə etmək olmaz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA