Dolların "Qara bazar"nı da yaradan özləridir" - Əli Kərimli

img

04-01-2016 [21:35]


"Müxtəlif müəmmalı saytlarda dolların 2, 3, 5 manata olacağı haqda oxuduğunuz məlumatlar hakimiyyətin öz mətbəxindən yayılır. Dolların 2 manata və daha baha satıldığı "qara bazar”ı da yaradan özləridir".

Mia.az xəbər verir ki, bu sözləri AXCP sədri Əli Kərimli deyib.

AXCP sədri bildirb ki, bu yolla cəmiyyəti manatın devalvasiyadan sonrakı rəsmi məzənnəsiylə barışdırmaq istəyirlər:

"Həm də nəinki 1.55 azn = 1 dollar məzənnəsi ilə barışaq, eyni zamanda, ona etiraz etməyək, hətta 1.70 manata dollar tapanda sevinək. İkinci məqsəd də hər ehtimala qarşı bizi növbəti devalvasiya üçün psixoloji olaraq hazırlamaqdır. 

Özümüz də bilmədən manatın növbəti ucuzlaşmasını gözləməyə başlayırıq. Kaş ki, ictimai fikri azdırmaq əvəzinə, başlarını yaxşı işlər görməyə sərf edəydilər…".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA