Rza İbadov 10 ildən sonra Bakıda

img

30-12-2015 [15:11]


Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov bu yaxınlarda Bakıya gəlib.

Mia.az xəbər verir ki, məlumatı modern.az yayıb. Xəbərdə bildirilir ki, Rza İbadov 3 həftə bundan öncə Bakıya gəlib və sonra yenidən Londona qayıdıb. Onun Bakıya qəfil gəlişinin məqsədi barədə məlumat verilməyib.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

Əvvəllər iki dəfə Milli Məclisə üzv seçilən R.İbadov 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə təzyiqlər olduğunu əsas gətirərək, Azərbaycanı tərk edib və İngiltərəyə gedib.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA