Azərbaycan AŞPA ilə bağlı yeni addım - Tərkib dəyişdirilir

img

30-12-2015 [14:41]


Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi dəyişdirilir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin hazırkı sədri Səməd Seyidov bildirib.

Hər parlament seçkilərindən sonra nümayəndə heyətinin tərkibinin yeniləndiyini deyən S. Seyidov bildirib ki, bu dəfə tərkibdə dəyişiklik olacaq və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən bununla bağlı yanvarın 15-dən sonra AŞPA-ya məktub göndəriləcək: "Bundan sonra nümayəndə heyətinin yeni tərkibinin kimlərdən ibarət olduğu açıqlanacaq. Hələlik onu deyə bilərəm ki, yeni tərkibində indiki ilə müqayisədə bir neçə dəyişiklik olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA