Cahangir Hacıyevi bacısı ilə görüşə buraxmırlar

img

28-12-2015 [21:39]


Vəkil Aqil Layıcov bu gün Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

Mia.az-ın məlumatına görə, bu barədə apa-ya məlumat verən A. Layıcov bildirib ki, Bakı İstintaq təcridxanasında saxlanılan C. Hacıyev özünü yaxşı hiss edir: "Hər hansı şikayəti yoxdur. Təcridxananın işçilərinin davranışından mən və müdafiə etdiyim şəxs razıyıq. Lakin Cahangir Haciyevin bacısını onunla görüşə buraxmayıblar. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinə və Bakı İstintaq təcridxanasının rəhbərliyinə müraciət etmişik”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA