Bəzi siyasi partiyalar bağlanacaq - Yeni qanun

img

28-12-2015 [14:06]


Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv edilə bilər.

Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Deputat bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanır: "İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.

Komitə sədri deyib ki, siyasi partiyaların alver predmetinə çevrilməsinə yol vermək olmaz:
"İndi biri partiyanı satır, biri də alır. Və ya siyasi partiyalarda müəyyən hadisələr baş verir. Məsələn, AXCP-ni misal çəkim. Bir tərəf deyir ki, "AXCP mənəm”, o biri də deyir ki, "yox, mənəm”. Eyni şey demək olar ki, Müsavat Partiyasında da baş verir. Belə fikir ayrılıqları və hansı tərəfin qanuni olmasına dair qanunvericilikdə tutarlı təkliflər hazırlanır”.

Siyavuş Novruzov partiya rəhbərliyinə iddialı tərəflərin hansının hüquqi əsaslarının olmasının məhkəmə qaydasında müəyyən ediləcəyini vurğulayıb:
"Problemlər məhkəmə qaydasında həll olunmalıdır. Təbii ki, məhkəmə də qanuna istinad etməlidir. Qanunla bunların, ad məsələlərin müəyyən edilməsi qanunvericiliklə təsdiq edilməlidir”.

Deputat onun da əlavə edib ki, iki il müddətində fəaliyyət göstərməyən partiyaların bağlanması da nəzərdə tutulur.
Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA