Hafiz Hacıyev partiyanı topladı - İlsonu iclas

img

28-12-2015 [13:06]


Bu gün MMP qərargahında partiyanın 2015-ci ilin yekunu ilə bağlı Bakı şəhər təşkilatlarının sədrlərinin, Ağsaqqallar şurasının üzvlərinin, qadınlar təşkilatının,gənclər təşkilatının və idarə heyətinin üzvlərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib. 

İclasda Ölkədəki yaranmış vəziyyət geniş təhlil edilib, rayon təşkilat sədrlərinin məlumatları dinlənilmiş,məlumatlar əsasında məlum olmuşdur ki,dolların bahalaşması manatın devalvasiya ilə əlaqədar ərzaq və digər məhsulların kəskin bahalaşması xalq arasında ciddi narazılıga səbəb olması rayon təşkilatlarının hesabatlarında geniş yer almışdır. 

İdarə heyəti bu halı Ölkə Prezidentinin apardıgı siyasi kursuna məmurlar tərəfindən riayət olunmaması-hər an ölkə başcısına və xalqa məmurlarin xəyanəti kimi qiymətləndirilmişdir. İdarə heyəti Partiyanın bütün strukturlarına tapşırıq verdi ki, xalq arasında yaranmış təşvişin aradan qaldıriıması ücün geniş ideoloji və maarifləndirmə işini genişləndirsinlər,bütün səylərini birləşdirsinlər. İdarə heyəti o cumlədən 2016 ci ildə görüləcək işlərin iş plani təsdiq edildi. 2016 ci ildə Mitinqlərin kecirilməsi ilə baglı Təşkilat komitəsi yaradilması ilə əlaqədar qərar verildi. Təşkilat komitəsinə Sədrin təşkilatı məsələlər üzrə sədr müavini Yusubov Fazil,ideoloji məsələlər üzrə müavin İsmayılova Könül .rayon təşkilat sədrləri daxil edilmişdir. İclasın sonunda MMP sədri cənab Hafiz Haciyev 31 Dekabr Dünya Azərbaycanlilarının Həmrəylik günü və Yeni il bayrami münasibəti ilə Xalqı təbrik etdi--2016 ci ilin İnşallah ugurlu il olmasini arzu etdi!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA