Oliqarx acgözlüyü və yaxud dolların qara bazarı - Əli Kərimli hakimiyyətə səsləndi

img

27-12-2015 [21:24]


AXCP sədri Əli Kərimli növbəti dəfə ölkədə dollar ajiotajının yaranması, bunun qarşısını almaq üçün hökumətin heç nə etməməsi barədə feysbuk-da fikrini açıqlayıb.

O, hökuməti müxalifətdən və ictimai fəallardan gələn təklifləri nəzərə almağa çağırıb: "Hökumət dollar ajiotajını aradan qaldırmaq üçün heç nə etmir. Dolların artıq qara bazarı formalaşır. Bakının əksər yerlərində valyutadəyişmə məntəqələri bağlıdır. Manat yenə də sürətlə ucuzlaşır. Bir neçə yüz çox varlanmış, harınlamış korrupsioner, oliqarx acgözlüyündən, hakimiyyət isə bacarıqsızlığından nəinki manatı, bütövlükdə ölkəni də məhvə sürükləyir. Ölkə idarəolunmaz hala gəlir. Bu qədər məsuliyyətsizlik, acizlik olmaz artıq! Özünüz heç nə düşünə bilmirsinizsə, heç olmasa, müxalifətdən, sosial şəbəkə fəallarından gələn təklifləri nəzərə alın!"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA